BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat tərzidir, həm də dövlət siyasətidir”

BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat tərzidir, həm də dövlət siyasətidir” 2016-cı ilin multikultuarilzm ili elan olunması heç də təsadüfi deyil.

Çünki ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, multikulturalizm həm Azərbaycanda birgə yaşayan xalqların həyat tərzidir, həm də dövlət siyasətidir.


Bunu Bakı Slavyan
Universitetində (BSU)

Bakı Beynəlxalq
Multikulturalizm
Mərkəzinin (BBMM)
“Qış məktəbi”nin rəsmi açılış mərasimində sözügedən universitetin rektoru, professor ASİF HACIYEVdilə gətirib.

Onun sözlərinə görə, “Qış məktəbi” ənənəvi bir layihənin davamıdır:

“Keçən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Yay məktəbi” keçirilmişdi, indi isə “Qış məktəbi” öz işinə başlayır.
Hazırda "Qış məktəbi”ndə 16 ölkənin nümayəndələri iştirak edir.

Belə bir tədbirin də ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki 2016-cı il Prezident İlham Əliyev tərəfindən multikulturalizm ilin elan olunub”.


Rektor sonra deyib ki, Azərbaycan multikultiral və tolerant bir ölkədir.

“Burada yaşayan xalqlar hamısı eyni hüquqlara malikdir. Onlar hamısı tolerat bir mühitdə və şəraitdə yaşayırlar.

Mültikulturalizm bütövlükdə ölkəmizin və dövlətimizin prioritet istiqamətlərindən birinə çevrilib”
- deyə, professor A.Hacıyev daha sonra sözlərinə əlavə edib.

BBMM-in Drezden filialının icraçı direktou Bircit Vaysberger isə bildirib ki, belə bir məktəbin açılışından və Azərbaycanda olmasından çox şaddır:

“Ölkəniz haqqında çox yüksək fikirdəyəm və burada olmaqdan çox məmnunam”.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: