İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər Təhsil » Digər ali məktəblər 22 Temmuz Tədris prosesində müasir metodlardan istifadəyə üstünlük verən və daima təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərən, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün daima dəstək verən, müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsi və dünyanın qabaqcıl universitetlərinin təhsil təcrübəsinin gənclərə öyrədilməsinə önəm verən Odlar Yurdu Universiteti 2017/2018-ci tədris ili üçün gənc müəllimlərin işə qəbulunu elan edir. Odlar Yurdu Universitetinin mətbuat katibi Günay İmanova ZiM.Az-a bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən Odlar Yurdu Universiteti təhsil sistemində özünə məxsus dəsti xətti ilə digər universitetlərdən fərqlənən müasir səviyyəli ali təhsil müəssisəsidir. Universitet 3 ali təhsil pilləsi (bakalavr, magistr və doktorantura) üzrə tədris verməkdədir. Bakalavr pilləsi üzrə 17 ixtisas, Magistr pilləsi üzrə 11 və Doktorantura pilləsi üzrə 7 ixtisas üzrə kadr hazırlığı aparılır.Odlar Yurdu Universiteti bakalavr pilləsində Kompüter mühəndisliyi, Ekologiya mühəndisliyi (neft-qaz üzrə), Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Turizm və otelçilik, Dövlət və bələdiyyə idarəetməsi, Filologiya, Tərcümə (ingilis dili), Xarici dil müəllimliyi (ingilis), Dizayn (Qrafik dizayn, İnteryer dizaynı, Memarlıq dizaynı) , Biologiya (mikrobiologiya istiqaməti üzrə), Psixologiya ixtisasları üzrə tədris verir.Magistratura pilləsində Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə), Biologiya fənninin tədrisi metodikası və metodologiyası, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Beynəlxalq münasibətlər və diplomatiya, Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq maliyyə və valyuta–kredit münasibətləri, Bank işi, Maliyyə nəzarəti və audit, Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə), Neft və qaz yataqlarının işlənməsi, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri ixtisasları üzrə kadr hazırlığı aparılır.Doktorantura pilləsində isə Maye, qaz və plazma mexanikası, Mikrobiologiya, Sistemli analiz, İdarəetmə və informasiyanın işlənməsi, Dünya iqtisadiyyatı, Sahələrin iqtisadiyyatı, Dil nəzəriyyəsi, Ümumi psixologiya ixtisasları üzrə kadr hazırlığı aparılır.İlkin olaraq müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri təqdim etmiş namizədlərin təhsil göstəriciləri təyin olunmuş meyarlar əsasında qiymətləndiriləcək.Xaricdə təhsil alan və beynəlxalq təcrübəyə malik olan namizədlərə üstünlük veriləcək.Vakansiya tələbləri:1. Diplomların sürəti;2. Motivasiya məktubu;3. İş təcrübəsinə dair tövsiyyə məktubu;4. CVMüsabiqəyə yalnız meyarlara uyğun gələn namizədlər dəvət olunacaq. Maraqlananlar sənədlərini 15 avqust tarixinədək gunay.imanova@oyu.edu.az e-poçt ünvanına göndərə bilərlər.Odlar Yurdu UniversitetiVəd etmirik, əməl edirik!Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.