AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib AzMİU-da beynəlxalq konfrans keçirilib AzMİU-da beynəlxalq konfrans keçirilib Bu gün - 2017-ci il dekabrın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “XXI əsr və tarixi islam şəhərləri” mövzusunda II beynəlxalq konfrans keçirilib.

AzMİU-nun Mətbuat xidmətinin rəhbəri
Nəcibə Mirzəyeva
ZiM.Az
-a bildirib ki,
tədbirin açılışından əvvəl konfrans iştirakçıları universitetin Sərgi salonunda Təsviri incəsənət kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi
Elturan Avalov
un fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Sərgidə professorun qrafika üslubunda çəkdiyi Bakı, Gəncə, Naxşıvan və Şuşa şəhərlərinin tarixi yerlərini əks etdirən rəsmləri nümayiş olunub.

Sərgidən sonra öz işinə başlayan konfransı açıq elan edən AzMİU-nun Memarlıq fakültəsinin dekanı
Zahidə Məmmədova
konfrans iştirakçılarını salamlayıb. O qeyd edib ki, bir çox ölkələrdən (Misir Ərəb Respublikası, İran İslam Respublikası, Özbəkistan, Qazaxıstan və.s) olan nümayəndələr online şəkildə konfransa qatılacaq. Z.Məmmədovanın çıxışından o da məlum olub ki, konfransın proqramına müasir şəhərlərin inkişafının regional problemləri, tarixi şəhər ərazilərinin renovasiya problemləri, alternativ enerji, ətraf mühit və şəhərsalma mövzusunda məsələlər daxil edilib və mövzu ilə bağlı 53 məqalə təqdim olunub.

Tədris işləri üzrə prorektor Akif Qasımov universitetin rektoru, professor Gülçöhrə Məmmədova adından konfrans iştirakçılarını salamlayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə konfrans iştirakçılarını salamlayaraq bu günki tədbirin əhəmiyyətinə toxunub. İslamın dərin fəlsəfəsi olduğunu bildirən alim bu fəlsəfənin Azərbaycan memarlığına qazandırdığı qədim memarlıq abidələrini nümunə gətirib, islam şəhərlərinin tarixi keçmişi barədə məlumat verib.

Konfransın plenar iclasında AzMİU-nun professoru Fəqan Əliyev “Azərbaycan memarlığında davamlı enerji iqtisadiyyatı”AzMİU-nun dosenti Emir Hüseynov “Azərbaycanda turizmin davamlı inkişafının məqsədi” adlı məruzələrlə çıxış ediblər.

Konfrans öz işini bölmələrdə davam etdirib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: