VI sinif şagirdi LALƏnin şeirləri Məktəblər, Gənc istedadlar 29 Nisan GƏNC İSTEDAD Lalə Afət qızı Nuralıyeva 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərindəki 39 saylı tam orta məktəbin birinci sinfinə gedib. Elə ilk günlərdən dərsləri ilə həvəslə məşğul olub və çalışqan şagird kimi müəllimlərinin sevimlisinə çevrilib. Hazırda Sumqayıt şəhəriindəki 39 saylı tam orta məktəbin 6-ç sinif şagirdidir.Boş vaxtlarında bədii mütaliə ilə maraqlanan Lalə həm də rəngarəng mövzularda şeirlər yazır. O, vətənpərvərlik, təbiət mövzularına daha çox müraciət edir. Onun şagird təfəkkürü ilə yazdığı şeirləri ailəsi, qohumları, müəllimləri tərəfindən bəyənilir. Biz də Laləyə dərslərində müvəffəqiyyətlər və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. BAHAR BAYRAMIAy dolandı, il keçdi.Nəhayət, gün yetişdi.Sevinc doldu ürəyə,Gülüş qondu üzlərə.Yandırıldı tonqallar,Düzüldü qız, oğlanlar.Elimizə gəldi bahar.Çiçək açdı ağaclarŞəkərbura, paxlavaLap bayram axşamında.Papaq atıb əylənək,Deyib, gülək, şənlənək.Xonça bəzər analar,Şam yandırar uşaqlar.Bayram axşamlarında,Biz əylənək, uşaqlar!Kəndimizin bağlarıÇiçək açır həmişəLalə, nərgiz, bənövşə.Ağacları yamyaşıl,Kəndimizin bağları.Sərin-sərin bulaqları,Topa-topa buludları.Gözəl-gözəl quşları,Kəndimizin bağları.Rəngbərəng kəpənəklər.Uçuşurlar təkbətək.Pətəkdə arıları,Kəndimizin bağları. Müəllimim Mənim əziz müəllimimİlk hərfi öyrədənim.Riyaziyyat, coğrafiya,“Müəllim anlamadım, Bir daha anlatsana.”Tarix boyu öyrətdin,Yaratdın kəşf elədin.Bir şagirdi hər zaman,Böyük alim elədin.”Bacarmadım, bilmədim” deyən hər şagirdə sən. Təkrar həll yollarını, usanmadın öyrətdin.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.