Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...

Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün...Şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevgini artmaq üçün... MÜƏLLİMİN TRİBUNASI

Şagirdlərin mütaliə vərdişlərinə düzgün yiyələnmələrini, onlarda bədii ədəbiyyata olan maraq və sevgini yoxlamaq məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil olunur: hər hansı bir əsərin oxusu, müəyyən bir əsərin səhnələşdirilməsi, ”Hansı kitabları oxumuşam?” adlı sorğu və s.
Belə tədbirlərdən biri də ədəbiyyat dərsində VI və VII sinif şagirdlərinin bədii əsərləri səhnələşdirməsidir. Belə ki, VI sinif şagirdləri “Tülkü və Qurd” nağılını, VII sinif şagirdləri isə qruplar üzrə “Xeyirxah odunçu”, ”Yoxsul qocayla vəzir”, “Tacir və tutuquşu” əsərlərini səhnələşdirmişlər. Onu da qeyd etmək lazımdır ki, şagirdlər belə tədbirlərə sevə-sevə hazırlaşır, rol bölgüsünü düzgün aparmağı, rollara uyğun geyim və maskalar hazırlamağı bacarıq və həvəslə yerinə yetirirlər.

Bir ədəbiyyat müəllimi kimi apardığım müşahidələrimə əsasən, onu deyə bilərəm ki, dərsdə bədii əsərlərin səhnələşdirilməsi, rollu oyunlar şagirdlərdə ədəbiyyat dərsinə, bədii əsərlərə sevginin artmasına səbəb olur.

Vəsxanım ƏSƏDOVA,
Bakının Pirallahı rayonundakı
231 №li orta məktəbin
Azərbaycan dili və
ədəbiyyat müəllimi.


ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: