17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar "Müstəqilliyə aparan yol" adlı dəyirmi masa Təhsil » Məktəblər 17 Kasım 15 noyabr 2017-ci il tarixində Bakıdakı 270 saylı orta məktəbin IX"A" sinif şagirdləri 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar "Müstəqilliyə aparan yol" adlı dəyirmi masa təşkil ediblər. Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Tarix müəllimi Təranə Mirzoyeva Dirçəliş günü ilə bağlı çıxış edib.Şagirdlərdən Aysun İsmayılova, Raul Qəniyev, Günel Hümbətova, Elcan Qurbanlı, Saleh Ağazadə, Fidan Xanməmmədova dəyirmi masa ilə bağlı hazırladıqları təqdimatları təqdim ediblər.Dəyirmi masada Aydın Hüseynovun, Rəvan Qurbanovun, Hüseyn Qasımlının Dirçəliş gününə həsr etdikləri slaydlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Bədəlova, ingilis dili müəllimi Mehriban İbrahimova tədbirlə bağlı fikirlərini bildiriblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.