Laçının 11 saylı məktəbində Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib Təhsil » Məktəblər 11 Nisan Bu günlərdə Masazır qəsəbəsində yerləşən məcburi köçkün Lacın rayonu təhsil şöbəsinin 11 saylı tam orta məktəbində məktəbin coğrafya müəllimi Nigar Həmidlinin rəhbərliyi ilə Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Qarabağ qaziləri Müzəffər Bahadurov, Hikmət Məmmədov, Səxavət Salmanov və Asif Rəsulov Aprel döyüşlərinin şahidləri olaraq çıxış etmiş və Dövlətimizin bu haqsızlığı yerdə qoymayacağını və qələbə qazanacagımızı inamla qeyd etmişlər. Tədbirdə Aprel şəhidi Ülvin Camaləddin oğlunun anası Çimnaz xanım da iştirak etmişdir.11 saylı məktəbin direktoru Araslan Rzayev, dərs hissə müdiri Mənsürə müəllim çıxış etmiş, Lacın rayon köçkünü "Xoçalı Soyqırımını Tanıtma" İctimai birliyinin üzvü, "Zim.Az" saytının və "Şərqin səsi" qəzetinin əməkdaşı, şairə Gilə Əliqızı Vətənə həsr etdiyi şeirlərini söyləmişdir. İbtidai sinif müəllimlərinin şagirdilərlə birğə hazırladıqları kompazisyaları numayiş olunmuş, "Əsgər marşı"nın sədaları altında Vətənə, Şəhidlərə, Qələyə aid seirlər səsləndirmişlər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.