"ƏSGƏR OĞLUM"

"ƏSGƏR  OĞLUM" /Dövlət Sərhəd Qoşunlarında
xidmət edən oğluma həsr edirəm./


Gözlərəm telefon zəngini hər an,
Danışım səninlə, ay əsgər balam.
Sən bir igidsən ki, Vətənə gərək.
Səninlə öyünür, ucalır anan.

Məktəbli formanı sevirdin necə,
Məktəbi bitirdin,axı nə tezcə?
Tələbə adını qazanan günü
Sevincdən uçurdum, mən göylərdəcə.

Oğul, hər halını, hər əhvalını
Yuxularımda bil, əyan görürəm.
İnan sənin keyfin olmayan günü
Röyamda dünyamı talan görürəm.

"ƏSGƏR  OĞLUM" İlləri ötürdüm quş sürətiylə
Bəs niyə ötməyir indi bu zaman?
Sonsuz həsrət ilə, sonsuz sevgiylə
Gözlərəm yolunu, gəl, əsgər balam!

Eyni məhəbbətlə sayıram,oğlu!
Sənin hər anını, hər dəqiqəni
Hamıya fəxrlə söyləyirəm ki,
Oğlum da qoruyur Ana Vətəni!!!

Nəzakət Cəfərova,
Bakı şəhəri Binəqədi rayonu
A.Məmmədov adına
115 №-li tam orta məktəbin
Azərbaycan dili və
Ədəbiyyat fənni üzrə
metod birləşmə sədri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: