Şagirdlərin sevimlisi - Elza Xəlilova Məktəblər, "Elm və Təhsil" 10 Eylül “Ən böyük kəşf insanın özündə olanı tapmaqdır”. (V.Şekspir) Elza Yavər qızı Xəlilova pedaqoji sahədə çalışması ilə fəxr edir və iftixar hissi keçirir ki fidan balalarmıza Ana, Vətən sözlərini yazmağı öyrədir. O, yaxşı işi ilə məktəb rəhbərliyinin, şagird və valideynlərin hörmətini qazanıb. Ona hörmət gətirən, işgüzarlığı, ziyalılığı, məktəbin ictimai həyatında fəal iştirakı, xeyirxahlığı və digər xüsusiyyətlərdir. Şərəfli, müqəddəs peşə sahibi olması ilə fəxr edən Elza müəllimə üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Onun dediyinə görə müəllim peşəsini seçməsində vaxtı ilə ona dərs deyən müəllimlərlə yanaşı, atası uzun illər pedaqoji sahədə çalışmış, hazırda təqaüddə olan Yavər Xəlilovun da rolu olub. Ömür yolundan sətirlər: Elza müəllimə 1979-cu il mart ayının 17-də Sabirabad rayonunun Axtaçı-Muğan kəndində anadan olub. İndi çalışdığı Güdəcühür kənd tam orta məktəbin məzunudur. O, 2004-cü ildə Şirvan Pedaqoji Texnikumunu bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. Elza müəllimə 2000-ci ildən pedaqoji sahədə çalışır. Hazırda o, 3-cü sinifdə dərs deyir. O, bütün qüvvə və bacarığını sərf edir ki, üzərinə düşən vəzifəni tələb olunan səviyyədə icra etsin. Elza müəllimənin dedikləri: “Şagirdlərin yazı oxu vərdişlərə riyazi biliklərə yiyələnməsinin, onların dünya görüşünün formalaşmasının əsası ibtidai sinifdə qoyulur. Bu mənada ibtidai sinif müəllimlərinin üzərinə çox böyük məsuliyyət düşür. Bu məsuliyyəti biz müəllimlər dərindən dərk etməli, işimizə məsuliyyətlə yanaşmalıyıq”. Elza müəllimə tədrisin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayır bu məqsədlə çalışır ki, dərsin hər dəqiqəsindən səmərəli istifadə olunsun. E.Xəlilovanın keçmiş şagirdləri arasında müxtəlif peşə-sənət sahibləri vardır. Dediyinə görə bir neçə şagirdi müəllim peşəsini seçmiş və müxtəlif təhsil ocaqlarında çalışırlar. Elza müəllimənin dedikləri: “Mən Azərbaycan Maarifçilər Assosiyasının üzvüyəm. 2020-ci ildə Azərbaycan Maarifçilər Assosiyasının təşkil etdiyi “Təhsil Təlimçiləri-2” təlimçi hazırlıq proqramı, təlimçi hazırlığı üzrə tam kursu bitirib və sertifikat almışam. 2021-ci ildə KOİCA-nın Təhsil təşkilatcılığı, Tuture Class Neturorkun aparıcılığı ilə həyata keçirilən Blended Öğrətmən təlimində iştirak edərək təlimi müvəffəqiyyətlə bitirmişəm və sertikat almışam. Bu günlərdə SODİMER Dijital Öğrətmən Akademisi Azərbaycan proqramında da iştirak etmişəm. Övladlarımından Xədicə, Fərid gələcəkdə ali məktəbə daxil olmaq üçün ciddi səylə çalışırlar. Övladlarımla bərabər şagirdlərimdə də oxumaq üçün xüsusi maraq yaradıram. Şagirdlərimi və peşəmi çox sevirəm. Bir müəllim olaraq axtarışlar aparıram. Təhsilimi, savadımı bu günün tələblərinə uyğun artırmağa çalışıram. 2021-ci ildə 3-cü sinifə qədər Sabirabad rayonunun Güdəcühür kənd tam orta məktəbində şagirdim olan oğlum Cavad Niyaməddin oğlu İsmayılzadə ADPU-nin tarix fakultəsinə qəbul olmuşdur. Oğlumun pedaqoji sahəni seçməsi məni çox sevindirir və ona təhsildə, şəxsi həyatında yeni-yeni uğurlar arzulayıram”. Elza müəllimənin bacısı Pərvin Xəlilova, qardaşı Emin Xəlilov da şərəfli müəllim peşəsini seçmişdir. Qardaşı Güdəcühür kənd tam orta məktəbində, bacısı isə Qaratuğay kənd N.Almazov adına tam orta məktəbdə işləyir. Yeni Azərbaycan Partiyasının üzvü olan Elza Xəlilova işlədiyi məktəbin ictimai həyatında fəal iştirak edir. O, həm də mehriban və qayğıkeş, övladların bütün varlığı ilə sevən anadır. Elza müəllimə ömür-gün yoldaşı Niyaməddin İsmayılov ilə 3 övlad böyüdüb tərbiyə edir. Elza müəllimənin səmərəli pedaqoji fəaliyyəti məktəb rəhbərliyi tərəfindən təşəkkür və fəxri fərmanla qiymətləndirilmişdir. O, müxtəlif kurslarda olmuş və sertifikatlar almışdır. Alik Rzayev Xəyalə FərəcqızıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.