Şərəfli peşənin sahibi Təhsil » Məktəblər 7 Aralık Haqqında söhmət açmaq istədiyimiz şərəfli peşənin sahibi - Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məmmədova (Süleymanova) Solmaz Mərdan qızıdır.O, 1973-cü il iyulun 22-də Ulu Borçalımızın qədim Qarayazı mahalında (indiki Gürcüstan Respublikasının Qardabani rayonunda) dünyaya göz açıb.Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.01.09.1998-ci ildən pedaqoji fəaliiyyətə başlayıb.22 ildir ki, bu şərəfli peşəni ləyaqətlə davam etdirir.Onu da qeyd edək ki, Solmaz Mərdan qızı Məmmədova “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqənin “Elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları” istiqamətləri üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika üzrə keçirdiyi yaradıcılıq müsabiqəsində birinci mükafatı qazanıb.O, 2009-2010-cu tədris ilində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilib. “İngilis dilini öyrənənlər üçün” adlı tədris vəsaitinin müəllifidir.Çalışdığı məktəbdə kitabın təntəli təqdimatı keçirilib.Kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.Solmaz müəllimə əldə etdiyi bu nailiyyətlərə baxmayaraq, bu günün özündə də, daima öz üzərində çalışır, bilik və təcrübələrini artırır. MOK-un OCEP lahiyəsi çərçivəsində fəaliyyətini davam etdirir.Məktəbdə fəaliyyət göstərən “İngilis dilində Danışıq” Klubunun yaradıcılarındandır. Bu yaxınlarda həmin klubunun üzvləri ilə Pakistan məktəbliləri arasında online "Telekörpü" baş tutub. Şagirdlər “Telekörpü” vasitəsi ilə Pakistanlı məktəblilərlə ingilis dilində dialoqlar qurublar. Sonra qarşılıqlı olaraq dərslər onlayn izlənilib. Mövzu “Meyvə və tərəvəzlər” olduğundan şagirdlər meyvə və tərəvəzlərin adlarını Azərbaycan, Urdu və İngilis dillərində bir-birinə çatdırıblar. Hər iki məktəbin sagirdləri bu ünsiyyətdən məmnun qalıblar və tez bir zamanda görüşmək ümudi ilə ayrılıblar.Biz də, sözün əsl mənasında, "Ən yaxşı müəllim", təcrübəli pedaqoq, çox hörmətli Solmaz Məmmədovaya şərəfli peşəsində yeni-yeni uğurlar arzulayırıq!Yunis Qaraxanlı,AJB-nin üzvü,jurnalist, şair.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.