Doğru hədəf - uğurlu gələcəkdir!.. Təhsil » Məktəblər 5 февраля 2025 33 100 1 2 3 4 5 Cəmiyyətin formalaşması, kamilləşməsi üçün hər zaman pedaqoq, psixoloqların məsləhət və elmi biliklərinə bəşəriyyətin ehtiyacı olub. Əsrlər boyu çətinlikləi olan, sıxıntılardan qurtarmaq istəyən ailələr gənc nəslin tərbiyəsində, uşaqların formalaşdırılmasında dünyagörüşlü, kamil insanlardan məsləhət almış və ya fəlsəfi biliklər əldə etmiş pedaqoqlara müraciət etmişlər. Zaman, dövranın gedişatı elə bir təzadlı xarakterlələ qarşılaşmaq məcburiyyətində qoyub ki, ona görə də psixoloji biliklərə yiyələnən, bütün mənliyi ilə cəmiyyətə xeyir verən, insanları düçar olduqları məngənədən qurtarmağa nail olan mütəxəsislərə tələbatın olduğunu müşahidə edirsən. Çünki mədəni inkişaf getdiyi cəmiyyətdə insanların formalaşmasında kamillikdən çox nöqsanlarla qaşılaşırıq. Uşağın təlim-tərbiyəsi ailədən, gəncin formalaşması onu əhatə edən mühitdən asılıdır. Təəssüflər olsun ki, bu gün ailələrin özlərində belə travmalı valideynlərin olması, ata-ana arasında gərginliklərin yaşanması, uşaqların şıltaq böyüdülməsi, müasir texnikalardan aşırı istifadənin mövcudluğu xoşagəlməzliklərlə rastlaşmağa - istəmədən sıxıntı və hüzursuz yaşamağa məcbur olan nəslin yetişməsinə səbəb olan amillərlə qarşılaşmaq məcburiyyətində qoyur. Bu amillərdən qurtarmaq üçün şəfalanma yollarının axtarışında olan, gecə-gündüz çalışan mütəxəsislərin olması da sevindiricidir. “Gənclərin İnkişaf Proqramı” təlimərindən birində Nurşən Qurbanovanın yeniyetmələr, gənclərlə iş layihəsinə aid proqramı haqqında çıxışını, dəyərli və çox önəmli psixoloji fikirlərini məmnunluqla dinləyən hər kəsin üzündə, çöhrəsində müsbət emosiyaların yarandığını gördüm. Hər kəsin iç dünyasında nəyi dəyişməli olduğunu, pozitiv enerji ilə arzu və istəklərinə nail olacağını duyduqca atacağı addımları, seçəcəyi yolu yəqinləşdirirmiş kimi gözlərdə parıltıların görünməsi əhval-ruhiyyəni yüksəldirdi. Nurşən Qurbanova çox səmimi, sadə yolla həyatda nail olduğu uğura nədən, haradan başladığını açıqlamaqla yanaşı, qızının böyük uğura nail olmasının sirlərini sitat gətirərək, gənclərə motivasiya verdi. Bu artıq öz peşəsinə vurğunluqla yanaşan, onu dərindən öyrənən və öyrənməkdə davan edən bir peşəkarın böyük bir nəslə, millətə, xalqa ötürəcəyi dəstəkdən xəbər verirdi. Nurşən xanımla ilk tanışlığımız bu xoş ovqatın təsirindən başladı. Nurşən Qurbanova böyük layihələrlə işləyərək cəmiyyətdə sağlam düşüncəli, bacarıqlı, cəmiyyət üçün xeyirli olacaq yüksək mənəvi dəyərlərə məxsus potensiallı uşaqların, gənclərin, şəxsiyyətlərin yetişdirilməsi, üzə çıxarılması üzərində xüsusi layihələrlə çalışır. Bu gün yeniyetmələrin öz hədəflərini müəyyənləşdirməsində, gələcəkdə özünü hansı sahədə doğrulda biləcəyində qərarsızlıqlar olduğu üçün onlarla işləmək, ixtisas seçimində yardımçı olmaqda müəllim və psixoloqların əvəzsiz rolu var. Koç, pedaqoq-psixoloq kimi Nurşən xanım innomativ metodlardan bacarıqla istifadə etməklə düzgün seçimlərin edilməsinə dəstək olur. Belə ki, travmalı yeniyetmələrin psixoloji durumunda olan gərginlikləri müəyyənləşdirərək, səxsin potensialını müəyyənləşdirir, hədəfinə çatmaq üçün yardımçı olur. Çoxsaylı yeniyetmələr, hətta xaricdə təhsil alıb gəlmiş, yüksək bilik, təcrübə sahibi olan, özünü istədiyi mərhələdə görə bilməyən, bu səbəbdən sıxıntılarla qarşılaşan şəxslərlə iş apararaq, böyük nəticələr əldə edir. Nurşən Qurbanova xüsusi testlərdən - innovativ metodlardan istifadə edərək insan şəxsiyyətinin kəşfində müsbət nəticələr əldə etmiş psixoloqdur.Bu gün çalışdığı sahədə əldə etdiyi uğurlar ürəyaçan nəticələrə - çoxsaylı ailələrin çıxılmaz saydıqları əngəlləri aşmağa nail olmuş, sevindirici anların yaşanmasına gətirib çıxarmışdır. Hər bir ugura gedən yolda zaman, əzmkarlıq, öz üzərində çalışaraq bilgilər əldə etmək arzulara, məqsədlərə nail olmağın açarıdır. Nurşən Qurbanova da bu açarı əldə etmək üçün kiçik yaşlarından arzularının qapısının yolunu tapmağa səy göstərənlərdəndir. Nurşən Qurbanova 1982-ci ildə Naxçıvanda dünyaya göz açıb. O, yazıçı, publisist, dramaturq, uşaq pyeslərinin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, filoloq Bayram İskəndərlinin qızıdır. Kiçik yaşlarından atasının təsiri ilə çoxlu mütaliə etmiş, elmə təhsilə, öyrənməyə səy göstərmiş, özgüvənli, iradəli, əzmkar uşaq, yeniyetmə, gənc kimi böyümüşdür. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış, təhsilini bitirdikdən sonra pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 10 illik pedoqoji fəaliyyəti dövründə özünü inkişaf etdirmək, gələcək uğurlara çatmaq üçün ingilis dilini mükəməll öyrənmiş, hətta ingilis dilində repetitor müəllim kimi də özünü tanıtmışdır. Pedoqoji fəaliyyətlə məşğul olan Nurşən Qurbanova şəxsiyyətyönümlü gənclərin yetişdirilməsi üçün psixologiya ilə bağlı elmi fikirlərin, düşüncələrin axtarışında olaraq bu sahənin dərinliklərinə qədər addımlamışdır. Odur ki, ikinci ali təhsilə yiyələnmiş, psixoloq kimi fəaliyyətə başlamışdir.Bu sahədə çoxlu beynəlxalq təlimlərə, seminarlara qatılaraq elmi biliklər, təcrübə əldə etmiş, çoxsaylı seftikartlara layiq görülməyə nail olmuşdur. 2023-cü ildən AZ ACADEMY GROUP MMC-nin rəhbəridir. Türkiyənin təhsil sahəsində öncül şirkətlərindən olan Mind UP təhsil və MCW məsləhətçi şirkətlərinin Azərbaycan Respublikasında rəsmi təmsilcisi və təlimçisidir. Nurşən xanım insan psixologiyasının öyrənilmə yolunun axtarışında olarkən tətbiq etdiyi nailiyyətlər, ilk öncə, özünün tərbiyə etdiyi dogma övladlarında müsbət nəticə vermişdir. Onun ilk övladı olan Aytac Anar qızı Qurbanova 3 dildə mükəmməl elmi fikirlər ifadə etməyə nail olacaq təhsilə yiyələnmişdir. Onun “Ekoloji problemlərin hüquqi həlli yolları” mövzusunda ingilis dilində yazdığı məqaləsi Azərbaycan mətbuatında dərc olunmuş, uğurlu nəticələr əldə etmiş, ABŞ-da təhsil almaq şansına nail olmuşdur.Aytac Anar qızı Qurbanova ABŞ-ın Hakimlər Seçki Komitəsinin üzvü, YALE Unversitetinin professoru Carlos De La Rosa Xochitiotzin dəstəyi ilə “Hüquqi terminlərin düzgün istifadəsi və tətbiqi” məqaləsi uzərində çalışmış, həmin məqalə də ABŞ-ın tələbələr üçün nüfuzlu “Curieux Academic Journal” jurnalında dərc olunmuşdur. Bütün bu nailiyyətər Nurşən Qurbanovanın gənclərin potensiallarının üzə çıxarılması layihəsinin nəticələri əsasında reallaşmışdır. Odur ki, gənclərə dəstək olacaq mütəxəssisə - Nürşən Bayram qızı Qurbanovaya bu yolda yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq. İlhamə SABİRQIZI,"Borçalı" nəşriyyatının,"Şərqin səsi" qəzetinin və"Yurd.info.Az" saytının redaktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.