Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi əvəzsiz qiyməti! Təhsil » Məktəblər 19 марта 2025 305 60 1 2 3 4 5 Ümummilli liderimiz Heydər Əliyevin vahid ümumi məqsədə yönələn fəaliyyəti çoxşaxəlidir və həmin şaxələrdən birinin, Azərbaycan elmin və təhsilin, ədəbiyyat və mədəniyyət mühitinin inkişafında böyük dövlət adamının oynadığı rolun, bu istiqamətdə müəyyənləşdirdiyi siyasətin araşdırılmasına yünələn yeni kitabların yaranması zəruridir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan vətəndaşlarının işlətdiyi zəruri informasiya dilidir. Bu dil öz xarakterinə görə ondan istifadə edənlərin hamısı üçün ümumi olan əlamətlərlə səciyyələnməlidir. Başqa sözlə, dildən istifadə baxımından şifahi danışıqda nitq fərqlərinin maksimum dərəcədən aradan qaldırılmasına səy göstərilməlidir. Yazılı dildən istifadə zamanı isə hər kəs möcud icbari normalara əməl etməlidir. Danışıq dili ilə fərqlərin aradan qaldırılması və icbari normalara əməl etməklə danışıq və yazı dilinin yaxınlaşmasına malik olmaq isə dövlət dilinin formalaşmasının başlıca prinsipidir. Bu vacib arqumentin yerinə yetirilmsi dil normalarını uzun ömürlü edir. Bu günkü informasiyaların sonrakı dövrlərə, gələcək əsrlərə maneəsiz ötürülməsini təmin dir. Bunsuz dövlət dilinin reallaşmasını təsəvvürə gətirmək də çətindir. Dövlət dili ümumiləşdirici, birləşdirici xarakterə malik olmaqla ümumi istifadə dilnə çevrilə bildiyi üçün burda ayrı-ayrı sosial qruplara xidmət edən üslublar da aradan qalxır. Dövlət dilinin yaranması və formalaşması prosesində ümumi normalar bazasında yeni funksional üslublar formalaşmağa başlayır. Dövlət dilnin formalaşması üçün bütövlükdə şifahi və yazılı dil arasında yaxınlığa nail olmaq birinci şərtdir. Çünki şihahi və yazılı dilin yaxınlığı dövlət dilinin yaradılmasının bazasını təşkil edir. Uzun dövrlərdən bəri dövlətçiliklə müşayət olunan dillərin təcrübəsi bunu br daha aydın göstərir. Bununla əlaqədar etiraf etmək lazımdır ki, yaxın şərq ölkələrinin dili kimi ərəb və fars dilləri tarixən özünəməxsus ənənələr qazanmışdır. Bu dillərə məxsus qədim yazılı mənbələrdən müasir dövrdə də maneəsiz istifadə edilir.Azərbaycan dili üçün indiyədək daha funksional olan sahə şairlərimizin, yazıçılarımızın, bədii sənət ustalarının yaratdığı ədəbi-bədii əsərlərdir. Azərbaycan dili məhz bədii əsərlərlə, eləcə də xalq yaradıcılığının məhsulu olan folklor nümunələri ilə dünyaya cıxmışdır. Başqa funksional sahələr üzrə dünyaya çıxmaq dövlət dilinin inkişafının növbəti mərhələlərindəki proseslərlə bağlıdır.Azərbaycan dilinin dünyaya çıxması prosesi bu dilin dünyada sərbəst işlədilməsi kimi başa düşülməməlidir.Hər hansı bir dilin dünyaya çıxmasında vacib şərt ondann ibarətdir ki, ökədə ayrı-ayrı funkional sahələrə məxsus informasiyalar dünyaya yayıldıqca bu informasiylar başqa dillərə tərcümə edilərək öyrənilir. Dilin nüfuzu isə dünya ictimaiyyətində tanınır və artır.Azərbaycan dilinin bu sahədə funksionallaşıb dünyaya çıxmasında böyük siyasətçi, diplomat, müasir dünyanın ən məhşur dövlət xadimləri sırasında öz nüfuzu ilə seçilən və fərqlənən Heydər Əliyev və Heydər Əliyev məktəbinin ən uğurlu davamçısı, siyasətdə və diplomatiyada qalib gəlmək əzminə yiyələnmiş İlham Əliyevin çox böyük tarixi nailiyyətləri vardır. Bu gün dünyanın bir çox ölkələrində Heydər Əliyev və İlham Əliyevin siyasi və diplomatik təcrübəsinin öyrənilməsi öz zəruriliyini təsdiq edən bir zərurətə çevrilmişdir.Müasir dövrdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı funkional sahələrin genişlənməsi ilə həmahəng inkişaf edir. Dövlətçiliyin mövcud olmadığı mərhələdə isə funksional sahələrin genişlənməsinə zəmin də yaranmamışdır. Buna görə də Azərbaycan dilinin fəaliyyəti daha çox kitab, yazı və yazılı, mətnlərin dilini əhatə edən ədəbi dilin funksionallığı ilə məhdudlaşmışdır. Ona görədə doğru olaraq alimlər, tədqiqatçılar, mütəxəsislər Azərbaycan dilinin ən yüksək, ən normativ və daha funksional olan səviyyəsini ədəbi dil adlandırmışlar.Ulu Öndər öz çıxışlarında bildirmişdir ki,: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Yeni anlayışların istifadəsində ciddi problemlər yaranır. Dilə kənar təsirlər çoxalır, xüsusən, başqa dillərdən söz alma meyilləri artır. Ən başlıcası isə budur ki, dilin informasiya funksiyası azaldıqca zəruri informasiya kimi başqa dillərə meyillərdə özünü göstərir. Şifahi dillə yanaşı yazılı dildə istifadə olunursa, onda dilin bu iki qolu arasında kəskin fərqlənmə müşahidə edilir.Yazılı dildən istifadə məkani məhdudlaşır. Yazılı dil ancaq müəyyən məhdud sosial qruplar üçün anlaşıqlı olur. Eyni zamanda yazılı dilin özünün gələcəyə informasiya ötürmə imkanları məhdudlaşır. Gələcək nəsillər milli və mənəvi keyfiyyətlərin mənimsənilməsində varislik imkanlarından məhrum olurlar. Bu hal yazılı və şifahi nitq arasında qeyri bərabərliyin yaranması dövlətçiliklə tənzim olunmayan bütün dillərdə labüddür. Başqa sözlə,dövlətçiliklə müşaiət olunmayan dillər bütövlükdə informasiya kəsadlığına məhkumdurlar. İnformasiya kəsadlığı dövlətçiliklə tənzim olunmayan dilllərdə tarixi bir proses kimi də müşahidə edilir. Dil və dövlətçiliyin qarşılıqlı əlaqəsi prosesində ən vacib məsələ ondan ibarətdir ki, dövlətçilik milli dilə xidmət etsin, onun inkişafına təlimat versin. Onun informasiya imkanlarının zənginləşməsi üçün hüquqi bazaya çevrilsin, dil daxili normaların sabitləşməsi üçün münbit şərait yarada bilsin. Dil xalqın milli sərvətinə o vaxt çevrilə bilərki, dövlət dilin keşiyində dursun. Dövlətçilik bu vacib funksiyanı daşıya bilmirsə dil özünün varislik keyfiyyətini itirir. Şüphəsiz ki, yad dilin vasitəsilə milli mənəvi keyfiyyətləri zamandan-zamana çatdırmaq olduqca müşkül bir işdir.Ulu öndər Heydər Əliyev ana dilinə qayğısı və diqqəti sonrakı illərdə də davam etmişdir. " Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətində bu məsələlər əsas yer tuturdu. Sovet rejiminin milli respublikalardakı sərbəstliklər qarşısında bir çox maneələr yaratdığı bu dövrdə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasının bilavasitə təşəbbüskarı zamanın hadisələrini daha uzaqgörənliklə görən, duyan təhlil edən Heydər Əliyev olmuşdur. Heydər Əliyev ana dilini dövlət dili kimi tanıtmaqla bunun arxasında Azərbaycanın müstəqilliyini, azadlığını, süverenliyini görürdü. Həyat sübut etdi ki, Heydər Əliyev gələcəyi doğru və düzgün qiymətləndirmişdir.GÜLŞƏN AĞARƏZİ QIZI NOVRUZOVA,Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 № -li tam orta məktəbin direktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.