Dövlət təltiflərinin təqdim olunması mərasimi

Dövlət təltiflərinin təqdim olunması mərasimiDövlət təltiflərinin təqdim olunması mərasimi Dövlət təltiflərinin təqdim olunması mərasimi Dövlət təltiflərinin təqdim olunması mərasimi Dövlət təltiflərinin təqdim olunması mərasimi Dövlət təltiflərinin təqdim olunması mərasimiDövlət təltiflərinin təqdim olunması mərasimi Dövlət təltiflərinin təqdim olunması mərasimi Oktyabrın 14-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri, dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.


Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən bir qrup təhsil işçisini təbrik edib. Nazir bu sərəncamın ölkə Prezidentinin təhsil sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.
Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran Mikayıl Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, onun yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb. Son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb.

Mikayıl Cabbarov müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinin davam etdiriləcəyini, əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatdırılacağını deyib.

Təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu olduğunu vurğulayan nazir bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50 faizi müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67 faiz təşkil edib.

Mərasimdə təltif olunan müəllimlər təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində əzmlə çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: