Nazir rektorlara tapşırıqlar verib

Nazir rektorlara tapşırıqlar verib Təhsil naziri
Ceyhun Bayramov
ali və orta ixtisas
təhsili müəssisələrində
2017/2018-ci tədris ilinin
yaz semestrinin
imtahan sessiyasının
təşkili ilə bağlı
əmr imzalayıb.


ZiM.Az-ın məlumatına görə, nazirin əmrində bildirilib ki,
ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Rektorlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Onlar imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratmalı, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: