Qələmi qızıldan dəyərli ustad Təhsil » Sumqayıt 3 Eylül “Allahdır insanı göyə qaldıran,Ucalmaq eşqinə hərə düşməsin.Qadın o qadındır, kişi o kişi,Tamahı qızıla, zərə düşməsin” - dedi Mais Təmkin qələmə aldığı şeirlərinin birində.Bəli bu ad bir çox insana tanışdır. Öncə qeyd edim ki, onun kimi dəyərli bir insan haqqında yazmağı özümə borc bildirm. . Çünki Mais müəllimi ədəbiyyatsız ədəbiyyatımızı da Mais müəllimsiz düşünmək qeyri- mümkündür O, həm qələmi kəsərli şair, mehriban, qayğıkeş, xeyirxah, səmimi insan, həm gözəl ailə başçısı, həm də ecazkar avazlı bir sənətkardır...1968-ci ilin oktyabrın 15-də Lerik rayonunda göz açıb Mais müəllim. Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür. “İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur. “Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub. Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”,almanaxlarında, o cümlədən , Dünya Türk ədəbiyyatı Antologiyası dərgisində , Avrasiya şairlər Antologiyasında və bir sıra internet portallarında çap olunmuşdur. “İlhamlı günlərin nəğməsi” yeni kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqədə ikinci yerin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. ,,Əbədi xatirəyə ədəbi baxış" müsabiqəsinin qalibi olmuşdur. ,,Qızıl qələm" və ,,İlhamlı günlərin nəğməsi" kitabına görə ,,Azərbaycan Bayrağı" media mükafatının laureatıdır. “Azad Təfəkkür” qəzetinin əməkdaşı və “Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin “Cənub ədəbiyyatı” bölməsinin baş redaktorudur. Hal-hazırda Lerik rayon Murya kənd orta məktəbində psixoloq-müəllim vəzifəsində çalışır.Ailəlidir,üç övladı var: Fərid,Nurid,Rəmzi. Mais müəllimin həyatı sanki dərya dəniz, yaradıcılığı isə sirri bilinməyən dərin bir xəzinədir. Mais Təmkin qələminin böyüklüyü fərqliliyi ondadır ki o hansı mövzuda yazırsa yazsın o mövzunun dərinliyi aktuallığı hiss olunur təbii ki şeiri duyan insanlar üçün. Mais Təmkin ədəbiyyatımız üçün əvəzolunmaz bir insandır. İstərdim böyük sənətkarın yaradıcılığına qısaca nəzər salaq.Haqqın dərgahına pərvazlanırdı,Gözəllikdə mələkləri danırdı.Qanad çala-çala o, nazlanırdı,Ruhum mat qalmışdı günəş üzünə,Heyif, o qız bir də dəyməz gözümə!Ömrü xəzan olmuş gülə dönmüşəm,İnləyən, sızlayan telə dönmüşəm,Kərəm tək alışıb külə dönmüşəm,Dəyməyin kül altda qalan közümə,Heyif, o qız bir də dəyməz gözümə.İlk bu iki bənd mənim diqqətimi çəkdi.Burada bir gözəlin gözəlliyinin tərənnümü, aşiqin çəkdiyi iztirab o qədər ustalıqla işlənib ki bu şeiri oxuduqca gözümüzdə bir səhnə canlanır hansı ki onu sözlərlə ifadə etməyə kəlmələr kifayət etməz.Növbəti bir şeirində isə vətənpərvər oğullarımızın Vətənə olan sevgisi cəsurluğu ilə xalqın qəlbində iz salmaları yaşamaları hiss olunur..Şəhid olub köçənlərim,Yağıları biçənlərim,Vətən andı içənlərim,Öz əhdindən dönməz olur.Torpaq udub çox ərləri,At oynadan ərənləri.Ülviyyətin şölələri,Daim yanar, sönməz olur!Bildiyimiz kimi insan ömrü bir kitaba bənzər. Hər keçən bir günümüz isə yazılan yeni bir səhifə. Bu kitabın əzilmiş çirklənmiş səhifələri kimi təzə ütülənmiş, üzərində tək bir qırışı olmayan köynək kimi səliqəli tərtəmiz səhifələri də mövcud. Mais müəllim də ömür kitabının bəzi səhifələrini vərəqləyib qələminin gücü ilə aşağıdakı kimi tərənnüm etdi.Dünyanın qubarı məni…Etdi qəm xirdarı- məni.Kitab kimi Tanri məniOxuduqca, varaqlandımAydan-aya, ildən-ilə,Adım gəzdi eldən-elə.Qəmkeş kimi düşüb dilə,Dastanlaşdim, nağıllandımGündən-günə dolub yaşa,Nəfsimi qoymadım çaşa.Başım dəydi, daşdan-daşa,Müdrikləşdim, ağıllandım.Sonda onu demək istərdim ki, Mais Təmkin şəxsiyyəti, yaradıcılığı haqqında saatlarca danışmaq, onlarla, yüzlərlə kitab yazmaq olar. Allah şairimizi qorusun.Sona HİKMƏT,Sumqayıt Dövlət Universitetiinin 3-cü kurs tələbəsi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.