Psixologiya elminə yeni töhfə

Psixologiya elminə yeni töhfə Sumqayıt Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kəmalə Salamova 6 fənn proqramının, 50-yə yaxın Azərbaycan və xarici ölkələrdə çap olunan elmi məqalələrin müəllifidir.

“İdarəetmə psixologiyası”, “Tələbə ünsiyyətinin psixoloji xüsusiyyətləri, “Psixologiya-1000 test”, “Özünü stressdən qoru”, “Psixofiziologiya” və s. elmi əsərlərin müəllifi olan dos. Kəmalə Salamovanın bu günlərdə “Ümumi psixologiya” adlı yeni dərs vəsaiti tələbələrin ixtiyarına verilib.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Xurşud Məmmədovun elmi redaktorluğuyla hazırlanan dərs vəsaitində psixologiya elminin yaranması, mövzusu, inkişaf mərhələləri, elmlər sistemində yeri ilə yanaşı, psixika, psixikanın maddi bazası olan sinir sistemi, refleks təlimi, idrak prosesləri, şəxsiyyətin psixoloji vəziyyəti tədqiq edilmiş ayrı-ayrı psixi hallar, təlabat və motivlər, hiss və emosiyalar, qorxu, stress, depresiya, frustrasiya və onların insanlarda yaratdıaqları fəsadlar haqda danışılır. Bundan əlavə şəxsiyyət və onun fərdi psixoloji xassələri (temperament, xarakter və qabiliyyətlər), şüur və şüursuzluq, şəxsiyyətin “Mən konsepsiyası” haqqında məlumat verilir. Dərslikdə həm də şəxsiyyətin sosial status, ünsiyyət və şəxsiyyətlərarası münasibətlər, şəxsiyyətin formalaşmasında ünsiyyətin rolu, şəxsiyyətlər arasındakı münasibətlərdə münaqişələrin xarakteristikası haqqındakı elmi nəzəriyyə və konsepsiyalara əsaslanan mövzular kitabda öz əksini tapıb.
“Ümumi psixologiya” dərsliyi altı fəsildən ibarətdir.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: