Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib 2017-ci il noyabrən 4-də
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Poeziya Evində tanınmış şair-tərcüməçi Ağasəfanın
75 illik yubileyi və yeni kitablarının təqdimatı ilə bağlı görüş keçirilib.


Sumqayıtın ədəbi ictimaiyyətinin, həmçinin Xızı və Siyəzən rayonlarının nümayəndələrinin, şairlərinin iştirakı ilə keçirilən tədbiri
Əli Kərim adına Poeziya klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq, şair Ağasəfanı əlamətdar yubileyi və yeni kitablarının nəşri münasibətilə təbrik edib.

Sözünə səbəbkarın şeiri ilə başlayan natiq - İ.İlyaslı
şair haqqında fikirlərini söylədikdən sonra sözü tənqidçi-alim, filologiya elmləri doktoru
Vaqif Yusifli
yə veriib. O, şairin həyat və yaradıcılığı haqqında geniş məruzə edib.

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib ZiM.Az xəbər verir ki,
tədbirin aparıcısı, Azərbaycanın Əməkdar müəllimi, "Şöhrət" ordenli şairə Ofelya Babayeva yubilyarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, şair Ağasəfa ilə bu görüşün Sumqayıtda keçirilməsi təsadüfi deyil. Belə ki, o, Xızı rayonunun Qarabulaq kəndində dünyaya gəlsə də, gənclik illərindən başlayaraq ömrünün ən gözəl və səmərəli, yaradıcılıqla zəngin və mənalı illərini Bakıda və Sumqayıtda yaşayıb.
Əmək fəaliyyətinə Bakı teplovoz deposunda fəhlə (1960-1962) kimi başlayaraq, sonralar geoloji-kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləyən Ağasəfa (Yəhyayev Ağasəfa Qafur oğlu) M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olduqdan sonra ədəbi redaksiyalarda çalışıb.
O, 1965-ci ildən etibarən "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı olub, sonralar 12 il "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru, "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor, "Ədəbiyyat qəzeti"ndə məsul katibin müavini kimi ədəbi fəaliyyət göstərib.
1993-cü ildə özünün doğma Xızı rayonuna qayıdaraq, bir-neçə il Qarabulaq kənd orta məktəbində müəllimlik edib.
Diqqətəlayiqdir ki, Ağasəfa müəllim ədəbi yaradıcılığa məhz Sumqayıtda başlayıb və "Sazım" adlı ilk şeiri də 15 yaşında ikən - 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində dərc edilib. O vaxtdan etibarən Bakının və Sumqayıtın ədəbi mühiti ilə qaynayıb-qarışan gənc şair dövri mətbuatda tez-tez çıxış etməyə başlayır. Azərbaycanın görkəmli şair və yazıçıları ilə - Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, Əli Kərim, Tofiq Bayram, Qabil Mehdiyev, Zahid Xəlil və digərləri ilə yaxından tanışlığı Ağasəfanın poetik yaradıcılığının cilalanmasına, formalaşmasına ciddi təsir göstərib. Təsadüfi deyil ki, artıq 24 yaşında ikən - 1966-cı ildə onun ilk "Yolçu yolda gərək" şeirlər kitabı işıq üzü görmüşdü. Sonralar Ağasəfa müəllim bir-birinin ardınca "Gənclik" və "Yazıçı" nəşriyyatlarında "Yaşat məni", "Ürəyimdir oxuyan", "Fikir dünyası", "Ürəyimə yatanlar", "Günəşin dalınca gedən oğullar", "Odla oynayıram", o cümlədən uşaqlar tərəfindən maraqla qarşılanan "Gombulca və Dumbulca", "Bağçada birinci gün" və s. kitablarını nəşr etdirib. Ümumilikdə 10-dan artıq kitabın müəllifidir.
1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, sonralar isə həm də respublika Jurnalistlər Birliyinin üzvü olan Ağasəfa müəllim eyni zamanda bədii tərcümə ilə də məşğul olaraq, Lev Tolstoyun mənzum nağıllarını, Nikolay Qribaçovun, Qafur Qulamın, İlya Selvinskinin, Sergey Vasilyevin, Boris Oleynikin, Qaysın Quliyevin və digər görkəmli şair və yazıçıların əsərlərindən nümunələr tərcümə edib. O, həm də 1981-84-cü illərdə "Ölkəm", "Azərbaycan""Əsrin yolu" kitablarının tərtibçisi olub.

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Tədbirdə filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, qədim Gəmişər mahalının el ağsaqqalı Adil Sadıxov, Respublika Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov, yazıçı-dramaturq Əyyub Qiyas, tanınmış jurnalistlərdən - veteran jurnalist, "Kirpi" jurnalı redaksiyasında Ağasəfa müəllimlə birgə çalışmış Zümrüd Baloğlanova, Respublikanın Əməkdar jurnalisti Rəhman Orxan,
ZiM.Az
-ın və "Zirvə" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalı, şairlərdən Əvəz Mahmud Lələdağ, Zirəddin Qafarlı, Süleyman Hüseynov,
"Zərif" qadın ədəbi Məclisinin sədri Xatirə Fərəcli, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Siyəzəndən gəlmiş şair Nəcməddin Mürvətov, Zəngilanlı şair Süleyman Həziyev, Rəfayel Laçınlı, Sevinc Qərib, Süleyman Sərraf, orta məktəb müəlliməsi Elmira Allahverdiyeva və başqaları yubilyarı təbrik edərək xoş arzularını bildiriblər, şair haqqında fikirlərini və xatirələrini bölüşüblər, onun şeirlərindən nümunələr söyləyiblər.

Sumqayıt Poeziya Evinin əməkdaşı, sabahın ümidverici gənc şairi Elvin Əlizadə şairin şeirlərini oxuyub.

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib Daha sonra "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, Sumqayıt Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin sədri Şahin Şəfiyev yubilyarı təbrik edərək, ona "Azərbaycan Ədəbiyyatında fəaliyyətinə görə və 75 illik yubileyi münasibəti ilə" təmsil etdikləri qurumlar adından Fəxri fərmandiplom təqdim ediblər.

Şair İbrahim İlyaslının Ağasəfa müəllimi
"Poeziya evi"nin -
Əli Kərim adına Sumqayıt Poeziya klubunun fəxri üzvü
seçilməsini elan edərək, ona xüsusi üzvlük vəsiqəsini təqdim etməsi isə alqışlarla qarşılanıb.

Görüşün sonunda
75 yaşlı yubilyar - Bakının, Sumqayıtın ədəbi mühitindən "qaçıb" Xızıya, daha dəqiq desək, doğulub boya-başa çatdığı doğma Qarabulaq kəndinə sığınan dağlar şairi özünün yeni şeirlərini, o cümlədən böyük maraqla qarşılanan satirik şeirlərini oxuyub, maraqlı xatirələrini danışıb, tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Ağasəfa çıxışında
Sumqayıtın onun üçün doğma şəhər olduğunu xüsusi olaraq vurğulayıb və qeyd edbi ki, ilk şeiri məhz "Sumqayıt" qəzetində dərc olunub.

Sonda xatir üçün foto-şəkillər çəkilib, yubilyar özünün "Başımda dağ havası var" və təzə çapdan çıxmış "Dözüm" kitablarını avtoqrafla oxuculara və qələm dostlarına bağışlayıb.

Günay NOVRUZ
ZiM.Az,
Zirve.info,
Vetenim.info


Fotolar Şakir Rəhman
ın və Günay Novruzundur.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: