Əliyar Mərdiyevin QƏZƏLLƏRİ Təhsil » Sumqayıt 18 Kasım Əliyar Mərdiyev - 23 noyabr 1950-ci iidə ismayıllı bölgəsinin Sulut kəndində anadan olub.Sulut 8 illik, Kakva orta məktəblərində, Bakı Energetika Texnikumunda,Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsində və Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot iqtisad fakultəsində təhsil almışdır.Sumqayıt Ərzaq Malları idarısində,Sumqayıt Məişət Kimyası istehsalat birliyində, Azərmelorasiya və Su Tikinti idarısində və Azərsu ASC-də iqtisadi sahədə müxtəlif vəzifələrdə çallşmlşdlr.Hazlrda təqaüddədir."Anamın dedikləri" və "Biz Vətənçün doğulmuşuq" şeirlər kitabları ilə oxucularla tanışdır.Şeirləri "Vətən", "Şərqin səsi", "canım Azərbaycanım", "Zirvə", "Zəfər", "Mən Şirvanın səsiyəm" və s. ədəbi məcmuələrdə və poeziya antalogiyalarında dərc olunub.Biz də Əliyar Mərdiyevə yeni-yeni uğurlar arzulayır vəaşağıda onun bir neçə qəzəlini dəyərli oxucularımıza təqdim edirik.Leyli NUR NOVRUZOVA,"Borçalı" nəşriyyatının, "Şərqin səsi" qəzetinin, ZiM.Az və Zirve.info saytlarının redaksiya heyətinin üzvü və Sumqayıt şəhəri üzrə təmsilçisiZiM.AzGÖRÜRƏMQarabağ, hicrin ilə yandı neçə can görürəm,Səni azad eləyən nərləri hər an görürəm.Cəmi qırx dördcə günə azad oldun ermənidən,Hər igid döyüşçümü meydanda aslan görürəm.Mən özüm düşmənimə zərbə vura bilməsəm də,Səndəki döyüşlərə sinəmi meydan görürəm.Düşmənə hər vurulan zərbə sənindir,Vətənim,Zirvədə dalgalanan Bayrağı şaddan görürəm.Can fəda deyən igid canını qurban elədi,Baxıram məzarlara, şəhidmi cavan görürəm.Sızla,yan ey ürəyim,qismətimiz gəldi belə,Hər məzar başında bir, düşmənə üsyan görürəm.Hər Şəhid məzarı üstündə qərar tutdu Vətən,Sən rahət yat şəhidim,səndə şərəf-şan görürəm.Qanını halal elə şəhid,qazi igidlərim,Düşməni Siz qovdunuz,Yurdu firəvan görürəm.Əliyar, tökülsə də hər döyüşdə al qanımız,Şanlı hər qələbədə (vahid) Azərbaycan görürəm.25.09.2022.OXUSUNÇimdi gürşadda çəmən, qaçırdı güllər yuxusun,Sevgidən vəcdə gəlib, bülbüli-şeyda oxusun.Açdı güllər yaxasın ətri bürüsün çəməni,Çəmənin hər tərəfi müşk ilə ənbər qoxusun.Gül-çiçək ilmə vurub təbiətin çeşnisinə,Bu çəmən çeşnisini sevib, seçib el toxusun.Bülbülün xoş avazı sevən könül nəğməsidir,Qoşulub bu avaza sevən könüllər oxusun.Dinlə ey bülbüli-şeyda, hicridən gör nə çəkən,Bağrı köztək qaralan, qəlbi sınıq gül oxusun..Bəxtəvər! Yaz gecəsi, çəmən sənin, nəgmə sənin,Qarabağ ərşə çəkib vətən sevənin yuxusun.Birləşə parçalanan,beş bölünən Ana Vətən Azadə himnimizi Turan eli zil oxusun.Əliyar şövq ilə yazdı, oxudu bu qəzəli,Yurd sevən müğrü ilə "segah" ustə tel oxusun.GÖZƏLDinlə, ey nazlı gülüm,ey cismimin canı gözəl,Qəlb evimdə taxt quran, saf könlümün xanı gözəl.Dunya qəmdən dağılıb, sevinclə bərqərar olub,Sevinək,deyək-gülək məhəbbətin kanı qözəl.Bəzənib tovuz kimi,canımı üzməkdi işin,Zövqümün incə yeri, səliqə- sahmanı gözəl.Nə qədər gözəlliyi bəxş eləyib Tanrı sənə,Aşiqin güvənc yeri, ey huri-qılmanı gözəl.Nə qədər dünya durur,hər nə qədər nəfəs gəlir,Təkcə sənsən segimin istəkli ünvanı gözəl.Xuda əmanətidir cismimdə mən gəzdirdiyimGəl, verim mən də sənə, bu əmanət canı gözəl.Sevərək,sevilərək bu dövranın qədrin bilək,Ələ düşməz böylə dövr, şad yaşa dövranı gözəl.Sənə məftun olanı, adıma Məcnun dedilər,Qalmadı addan əsər, itirdim ad-sanı gözəl.Arada dərya ola, hər birimiz bir sahildə,Çəkərəm qədəh kimi başıma dəryanı qözəl.Əliyar kölgən olub, izlədi hər zaman səni,Bəs sənin sədaqətin, məhəbbətin hanı gözəl?!İsmayıllı, 12.10.2022.GÖZÜMGedmisən, nigaranam səndən mənim canım-gözüm, Sən gedən o yolların qubanıdır mənim özüm.Köçmüsən çatmır əlim, yetmir ünüm mənzilinə,Yoxluğun dərdim olub,dərdinə mən necə dözüm?!Hər səhər yollanıram görüşünə əldə çiçək,Gecələr qoxladıgım sinən üstə çiçək düzüm.Ucbatından hicrinin bağrıma dağlar çəkilib,Ağlaram axşam-səhər, qan-yaş tökər iki gözüm.Mən çəkən dərdi-səri bilməm rəva bir kimsəyə,Ağladım, qan-yaş ilə şırım-şırım oldu üzüm.Səni yaşatmaq üçün saysız xəyallar qurmuşam,Bircə an nə yatmadım,yorulmadım ay əzizim.Əliyar,bu dünyadan köç eyləyən dönməz geri,Xətrini əziz tutub, gedən yola baxar gözüm.GÖRÜMCəmalın gizləmə gəl, gül cəmalı mən də görüm,Bir ömür istədiyim xətti-xalı mən də görüm.Aymısan, Günəçmisən, ömrümə işlq salmlsan,Niqabı örtmə üzə,xoş xəyalı mən də görüm.Hər doğan tazə ayın səcdəsinə çoxdu duran, Yığ siyah zülfünü yan,qoy, hilalı mən də görüm.Görüşək, deyək-gülək,mehri-məhəbbətdə olaq,Şəkəri gözdən salan dildə balı mən də görüm.Həyatın çox rəngləri gözümdə düşüb qarışıq,Bəzənib çıx görüşə, yaşıl-alı mən də görüm.Çıxma seyrə gecələr, salma qədirdən qəməri,Gəl, durum tamaşana, cah-cəlalı mən də görüm.Vüsalə yetmək üçün cövrü-cəfalar çəkmişəm,Gözlərəm ömrüm boyu, xoş vüsalı mən də görüm.Bir xala muştaq olub,Xan qalmadı İrəvanda,Gərdənin yaraşığı hindu-xalı mən də görüm.Ya yetib vəslinə yarın, ya da ölsün Əliyar,Dəfn edin gözəl Sulutda,Niyalı mən də görüm.01.09.2022.ALMA YANAQTanrı zülfün əvəzi, bəxtini yazsaydı düm ağ,Qüssə-qəm, dərdü- bəla ömrünə olmazdı qonaq.Səni Tanrı dünyayə, bəlkə də, verməklə yazar,Sirli söz dünyamıza bəxş etdi bir nurlu çıraq.Bənzərin var mələyə, hər bir cəhətdən, bilirəm,Bəzənib, yoxsa, mələk, oxşaya sənə, bu sayaq.Gizli işlər görənin niyyəti tez aşkar olar,Mələyin niyyətini Simurq quşu verər soraq.Hüsnünə yoxdu tayın, türfə gözəllər yığışa,Başqa aləmdi mənə mahi cəmal, billur buxaq.İstədim tərif edəm, hüsnünü sair sayağı,Nə qələm gətirdi tab, nə inci söz, nə də varaq.Mən səni görən kimi, sevimli olmusan mənə,Gəl, cavab gözləyirəm, fikrin necə olur, baxaq.Demə ki, seçmədi yar, sevmədi məni Əliyar,Tanrı sevgisi yetər, sənə, ey al alma yanaq! 24.08.2022.DÖVRANIMIZINLilpar xanıma nəzirəŞit olub hər söhbəti,hər sözü dövranımlzın,Söz nədir, çörəyinin yox duzu dövranımızın.Əyərək qəddimizi, biz əymişik dövranı da,Düzələr, biz düzəlsək, hər üzü dövranımızın.Nə sayır saymalını, nə də görür görməlini,Görsə də, almır vecə, kor gözü dövranımızın.Kim deyir, etdi qürub, bir daha dönməz geriyə,Yenidən zühur edər ulduzu dövranımızın.Bir payız bəxş elədi bizlərə "Zəfər günü"nüÇalışaq, nə gətirir, bu yazı dövranımızın.Çoxdu bikar qalanım, artıb qələm tutanllarım,Şumlanır qələm ilə dağ, düzü dövranımızın.Düzü düz,əyrini əyri yazanım olsa əgər,Göstərər iç üzünü hər yazı dövranımızın.Nə qadər yazar ola, verməz yerin qəzəlxanınŞairə Lilpar olub Xan qızı dövranımızın.Əliyar, əsər külək, hər külü göyə sovurar,Alışar qaynar qoru, hər közü dövranımızın. 12.11.2022.DENƏNƏs külək, əs, aparıb dərdimi dildarə denən,Dünya əlvan geyinər eyləsə bir çarə denən.Gözü tutmuş, könlü sevmiş səni, ey şux, görəni,Necə bağban vurulur bağında nübarə denən.Qəlbi dönmüş dustağa, zindan olub döş qəfəsi,Hicridən dağ çəkilib, bağrı olub yarə denən.Cah-cəlal, zövqü-səfa ondadır, yoxdan nə umaq?!Yaranışdan can atıb əhli bəşər varə denən.Yaz gəlib açmasa gül, şur ilə bülbül oxumaz,Saxlana qızıl qəfəsdə baxar gülzarə denən.İlahi eşq bəlasın aşiqə bəxşiş göndərib,Can verər, durmaz aşiq bəladan kənarə denən.Lütfi kərəm qıl, afət, aşiqi salma nəzərdən,Tanrı nəzər yetirib özü Əliyarə denən. 23.09.2022.DİVANƏSI VARNur saçan hər cəmalın dəhridə öz şöləsi var,Günəşin can bəxş edən, Yer kimi səyyarəsi var.Bu gözəl dünyamızın bir şəmi var-yanar Günəş,Başına hey dolanan, gör, neçə pərvanəsi var.Nə yanar şəm oduna, nə usanar başə dönə,Çünki pərvanələrin şəmi sevən çevrəsi var.Açılan hər səhərin sonunda zülmət gecəsi,Hər səhər, hər axşamın bəxtinin sitarəsi var.Canı eşqə fədanın omaz tabı ayrılığa,Hicridən yaş tökənin çeşmidə fəvvarəsi var.Qara torpaq yetirib,bax,nə qədər möcüzələr,Bağrı köztək qaralan, qönçəsi al laləsi var.Hər açan qönçə gülün vurulduğu bülbülünün,Eşqini izhar edən, qəlb oxşayan naləsi var.ilahi sevənləri, biz gömədik, kama yetən.Onların bizə qalan dastanı, əfsanəsi var.Dili lal əsirinəm, zülfü kəməndində,gülüm!Qoy desinlər Əliyar ismində divanəsi var.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.