"İsmayılın dövründə İctimai TV-nin efiri hamıya açıq idi..." Tv 14 Eylül Sabir Rüstəmxanlı,Azərbaycanın Xalq şairi:“İsmayıl Ömərov keçmiş millət vəkili kimi həmkarım, dostumdur. Uzun illər Azərbaycan televiziyasında səmərəli fəaliyyət göstərən bir jurnalistdir. Bunların hamısından əvvəl İsmayıl İctimai Televiziyanın qurucusu, onu ayağa qaldıran, onu şəkilləndirən, onu ətə-qana dolduran, formasını, məzmununu, yolunu göstərən bir adamdır. Bu səbəbdən mənim ona çox böyük hörmətim var. İctimai Televiziya yarananda hamı elə təsəvvür edirdi ki, bu televiziya 2-ci, 3-cü dövlət televiziyası olacaq. Azərbaycanda fəaliyyət göstərən proqramların dövlət siyasətini dəstəkləməsi normaldır. İsmayıl Ömərov məhz dövlətin, xalqın milli maraqlarına, Azərbaycanın dövlətçilik ənənlərinə riayət edərək İctimai Televiziyanı yaratdı. Düşünürəm ki, buna da nail oldu. Onun vaxtında İctimai Televiziyanın qapıları bütün ziyalılara, sənət adamlarına açıldı. Türkiyə “TRT-Avaz” vasitəsilə ilə telekörpü quruldu. Təəssüf ki, indi bağlanıb. Ögey-doğmalıq fərqi qoyulmadan bu kanal yola çıxdı. İsmayılın dövründə İctimai TV-nin efiri hamıya açıq idi. Düşünürəm ki, bu İsmayıl Ömərovun ən böyük uğurlarından biri idi. İctimai Televiziya Azərbaycanı “Evrovision” yarışında Avropa teleməkanına çıxartdı. Onun vaxtında Azərbaycan təmsilçiləri birinci oldu. Bu birincilik sayəsində də bütün Avropa sənətçiləri Azərbaycana gəldi. Burada möhtəşəm saray tikildi. Orada möhtəşəm musiqi yarışı keçirildi. Bütün bunların hamısında İsmayıl Ömərovun xidmətləri var. Bunu heç kim dana bilməz. Baxmayaraq ki, indi narazılıq yaranıb, oradan uzaqlaşıb. Onun əvvəlki işlərini heç kim dana bilməz, kölgə sala bilməz. Harda olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli maraqlarını hər zaman qoruyan bir insandır”.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.