Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta Səadət BUTA (Səadət Ömər qızı Abdullayeva) - 1951-ci ildə Borçalı mahalının Başkeçid (indiki Dmanis rayonunun qədim Dəmirçi Hasanlı) Qızılkilsə kəndində müəllim ailəsində dünyaya gəlmişdir.
İlk şeiri 1966-cı ildə «Trialeti» qəzetində çap olunmuşdur. Sonralar «Sovet Gürcüstanı» qəzetində, Azərbaycan mətbuatında şeirləri işıq üzü görmüşdür. Tbilisidə nəşr olunan «Çeşmə» və «Dan ulduzu» almanaxlarında şeirəlrinə geniş yer verilmişdir. 1985-ci ildə Əzizə Cəfərzadə «Azərbaycan qadını» jurnalında «Şeir butası» adlı məqalə ilə çıxış etmişdir. 1984-cü ildə «Aşıq Pəri» məclisinin yaradıcılarından biri olub. «Dağlar məni çağırır» adlı ilk kitabı 1997-ci ildə çap olunmuşudr. 1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universiteti, Kazım Karabekir eyitim fakültəsinin türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına diplom işi həsr etmiş, onun «Dağlar məni çağırır» şeirlər kitabını çap etdirmişdir.
2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2001-ci ildə Gürcüstan prezidenti tərəfindən «Şərəf» medalına layiq görülmüşdür.

2006-cı ildə xeyirxah bir vətən oğunun təşəbbüsü ilə Həcc ziyarətində olub. 10 şeir kitabının («Dağlar məni çağırır», «Həsrət çələngi», «Vətən həsrəti», «Tanrı payı», «Haqqın butası», «Buta dünyası», «Mənim körpəm, mənim dünyam», «Bələndim Kəbə nuruna» və sair) müəllifidir. 1999-cu ildə Bakıda repartyorla lentə aldığım bir neçə şeirini öz ifasında pərəstişkarlarına təqdim edirəm. Onu da qeyd edim ki, Səadət Buta öz yazdıqlarını əzbərdən bilir, gözəl də ifa edir.

Təqdim edən : Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: