Dərbənddə bir gün

Dərbənddə bir günDərbənddə bir gün Dərbənddə bir gün Dərbənddə bir günDərbənddə bir gün Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin bir qrup fəal üzvləri, ictimai xadimlər, şairlər, pedaqoqlar və həkimlər Rusiyada - Dağıstanın Dərbənd şəhərində maraqlı bir gün yaşadılar.

Dərbəndin mərkəzi kitabxanasının akt zalında baş tutan bu dostluq tədbirini giriş sözü ilə, Qülpəri Mirzəbalayeva açdı və tarıxı köklərə əsaslanaraq dostluq münasibətlərindən danışdı.

Mərkəzi kitabxananın direktoru Diana Əıiyeva qonaqları salamlayaraq Dərbənd yazarlarının antaloqiyasını qonaqlra hədiyə etdi və tədbiri aparmaq üçün sözü Rusiyanın və Azərbaycanın tanınmış şairi Gülüstan ədəbiyyatçılar ittifaqının sədri Tahir Salehə verdi.

Tahir Saleh öz çıxışında Ali baş komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inandığını və tezliklə Qarabağın işqaldan azad olunacaq günü səbirsizliklə gözlədiyini söylədi və cəmi şəhidlərimizin xüsusi ilə aprel şəhidlərimizin ruhunu bir dəqiqəlik sükütla yad etməyi tədbir iştidakçılarında xahiş elədi. Və şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad olundu. Tahir Saleh sözü Azərbaycannan gəlmiş nümayəndə heyyətinin rəhbəri "Qafqaz -Media" İctimai Birliyinin sədri, şairə Hacı Azadə -Taleh Abbasqızına verdi.

Azadə-Taleh geniş tərkibli nümayəndə heyyətinin adından Dərbənddə xoş qarşılandıqlarına görə gənc QHT rəhbəri, bu tədbirin bilavasitə təşkilatçılarından olan, şair Qabil Ədalətin, şairlərdən Sona İsmayılovanın, Nailə Yusifqızının, Qalibə Cəfərovanın, Bədirə Niftəliyevanın, Ceyran Cəbrayıllının, Aybəniz Qafarlının, Zərəngiz Dəmirçi Qayalının, Azərin və Svetlana xanımın salamlarını tədbir iştirakçılarına çatdırdı. Tədbirdə nümayəndə heyyətimiz adından hədiyyələr və QMİB-nin "Best of the Bast" diplomları Dağıstanın nümayəndə heyyətinə-tədbir iştirakçılarına təqdim olundu.

Tədbirdə nümayəndə heyyətimizin rəhbəri şairə, ictimai xadim Hacı Azadə-Taleh Abbasqızına Dərbənd Yerli Milli-Mədəni Azərbaycanlıların Muxtariyyatının sədri, beynəlxalq jurnalist Telman Tahirlinin təqdim etdiyi Təşəkkürnamə alqışlarla qarşılandı.

Şair-tərcüməçi Fəxrəddin Oruc, Dərbənd Azərbaycan Teatrının direktoru Firdovsi Əsgərov, Dədə-Qorqud Cəmiyyətinin sədri Rafiq Mövsümov, jurnalist Əsədulla Paşayev və başqaları nümayəndə heyyətimizi salamlayaraq, hər birimizə uğurlar dilədilər.

Tədbirdə Azərtacın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalını anadan olmasının 55 illik yubileyi münasibəti ilə təbrik etdilər və hər bur iştirakçımız Diana Əliyeva tərıfindən diplomlarla təltif olundular.

Sokarın nümayəndəsi Samirin, şairə-müğənni Zeynəb Dərbəndlinin, nefroloq-həkim Fazilə Səlimovanın oxuduğu mahnılar tədbirə xüsusi rəng qatdı.
Tədbirin rejissoru, İncəsənət Gimnaziyasının müəllimi, QMİB-nin mətbuat xitməti Elgün Seyidzadə idi.

Bir sözlə, Dərbənddə yaşadığımız bir gün yaddaşlarımıza tarixi gün olaraq həkk olundu.

Yaşasın Dostluq!..

Yaşasın Poeziya Dunyasi!..

Sona ABBASƏLİQIZI,
ZiM.Az





ZiM.Az/Tv

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: