Zorxana Federasiyasının prezidenti İslam Oyunlarına hazırlıqdan danışdı - VİDEO Tv, İdman 9 Mayıs Məlum olduğu kimi, yaxın günlərdəAzərbaycanda baş tutacaq İslam Həmrəyliyi Oyunlarının proqramına milli idman növü olan Zorxana da daxil edilib. Məsələyə aydınlıq gətirmək üçün jurnalist Günay Novruz Azərbaycan Milli İdman Növləri Assosasiyasının və Azərbaycan Zorxana Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Xanlar Qurbanovla görüşüb, ondan hazırlıq prosesini soruşub.Professor Xanlar Qurbanov qeyd edib ki, vaxtilə Bakı şəhərindəki zorxana qoşa qala qapısının yanındakı zirzəmidə yerləşib. Naxçıvanda da zorxana olub. Hazırda o, tarix muzeyi kimi fəaliyyət göstərir.Qeyd edək ki, bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor – “güc”, xana isə - “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.Həmin müsahibəni böyük məmnuniyyətlə ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik:ZiM.Az/Tv. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.