KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000. Milli mətbuatımızın ilk qaranquşu “Əkinci” qəzetinin 125 illiyi ərəfəsində jurnalist-filoloq, “Şərqin səsi” qəzetinin baş radaktoru, bir çox elmi puplisistik məqalə və kitabların müəllifi Müşfiq Çobanlının “Ziya”dan “Çənlibel”ədək" (Gürcüstanda Azərbaycan mətbuatı) adlı kitabı işıq üzü görmüşdür.
O, milli mətbuatımızın banisi H.Zərdabinin gərgin zəhməti, fəaliyyəti sayəsində “Əkinçi” qəzeti ilə əsası qoyulan milli Azərbaycan mətbuatının 125 illiyinə həsr etdiyi bu monoqrafiyada 1978-1998-ci illərdə Gürcüstanda Azərbaycan mətbuatının inkişafını işıqlandırmağa çalışmışdır.

Əsər beş hissədən ibarətdir. Müəllif, ilk öncə, oxucuları 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin birinci sayı çıxana qədər Qafqazda, xüsusilə XIX əsrin əvvəllərində “Güney Qafqaz”ın mətbuat dünyası ilə tanış edir və sonra ardıcıllıqla nəşr olu­nan hər bir qəzet və jurnal haqqında ətraflı məlumat verir.

Belə ki, M.Çobanlı “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus”, “Molla Nəsrəddin”... və nəhayət “Şərqin şəfəqi”, “Sovet Gürcüstanı”, “Çənlibel” mətbu orqanlarının yaranması, onların məzmunu və ideya istiqaməti, hətta bu dərgilərin “yaşama müddəti və bu müddətdə neçə dəfə oxucu ilə “görüş”dükləri haqqında məlumat verir.
Bu da gənc tədqiqatçının mənbələrindən, arxiv materiallarından səmərəli istifadə etməsinin aydın təzahürüdür.

Monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikası Dövlərt Televiziya və Radio Verilişləri Şirkətinin sədri, millət vəkili professor Nizami Xudiyevdir.


"Azərbaycan" jurnalı, 2000 ci il, N: 11, səh-187.
"ŞƏRQİN SƏSİ" qəzeti, Dekabr, 2011.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: