Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə 24 Aralık TƏBRİK EDİRİK!..Qədim Borçalı mahalının Darbaz kəndində yaşayıb-yaradan VƏKİL ƏDALƏT - Vəkil Məhəmməd oğlu Ovçuyev - 1935-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. Orta məktəbi doğulduğu Darbaz kəndində bitirib. 1950-1955-ci illərdə indiki Gəncə şəhərindəki Həsən bəy Zərdabi adına Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1957-ci ildən Darbaz kənd orta məktəbində fizika-riyaziyyat müəllimi işləyir. Bu günlərdə Vəkil müəllimin “Şərəfli ömür” adlı şeirlər kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Vəkil müəllimi oxucularla bu ilk görüşü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun iki şeirini dərc edirik... Etibar Hidayətoğlu(Ovçuyev),ZiM.Az Mişasız ağlarBu dərdin ahından çoşubdur Xram,Şindi dağı ağlar, meşələr ağlar.Qatar qayalarda səcdə durarlar,Təpələr sızlayar, dərələr ağlar.Bundan belə o sərt yollar yas tutar,Yolçusuz yolların canı toz tutar,Göz yaşı içində islanar, batar,Qılınclar, bələnlər, talalar ağlar.Qəribsər Mişasız Ceyran bərəsi,Şiş qaya, Dar qaya, Əyri çökəsi,Gör necə kövrəldi Ovçunun səsi.Çığırlar, bərələr, yamaclar ağlar.Daşkəsən, Almalı, Çilli dərəsi,Ağzıgörkən, Yalın uca zirvəsi, Nəhəng ağacların sərin kölgəsi,Çadırdan qurulmuş binəlar ağlar.İgid Mişa ömrün niyə dayandı,Vəkilin dərdinə min dərd calandı,Sinələr üstündə ocaq qalandı,Bu qəzadan ellər, obalar ağlar.11 avqust 2006-cı il.Saç niyə ağarırYaşın çoxluğundan ağarsaydı saç,Bu tale qisməti gör nə olardı?Üç yüz il yaşayan qara qarğanın,Qapqara tükləri dümağ olardı.Hicrandan gözlərdə ağarır gilə,Qar, qırov ələnir fikirdən telə,Düşünmək çatsaydı qocaman filə,Onun da tükləri ağa çalardı.Xəzan yarpaqları boyayır sarı,Nədənsə çən tutur uca dağları,Başıma yağmasa fikir, dərd qarı, Vəkiləm, saçlarım qara qalardı.1985-ci il."ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetləri,N: 30 (300), dekabr, 2014, səh.31.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.