“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub Yeni nəşrlər, Digər bölmələr 11 Şubat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub.AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, jurnalın bu nömrəsində “Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir”, “Dünyamızın bilinən ən incə təbəqəsi – Qrafen”, “Qobustanda qayıq təsvirləri”, “Pirəvənd tayfasının izi ilə”, “Azərbaycan faunasının öyrənilməsində zooloqlarımızın əvəzsiz rolu”, “Ana dili dərslərində interaktiv təlim metodlarından istifadənin əhəmiyyəti” və digər məqalələr öz əksini tapıb.1961-ci ildən başlayaraq nəşr olunan “Elm və həyat” jurnalının məqsədi Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılmasıdır.Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi isə AMEA-nın “Mətbuat orqanları şöbəsi”nin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır. ZiM.AZ,07 fevral 2017-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.