"AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİ"

"AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİ" Bu günlərdə Azərbaycan dilçiliyinə daha bir lüğət əlavə olunub: "AZƏRBAYCAN DİLİNİN ORFOFONİYA LÜĞƏTİ"
(Bakı‚ 2016, 1052 səh.)


Lüğətin girişində dünya dilçiliyində ilk orfofoniya lüğətləri barədə bilgi verilir, onun nəzəri əsasları, məqsəd və vəzifələri şərh olunur.
Eyni zamanda burada danışıq üsulları danışıq norması və transkripsiya Azərbaycan dilinin fonem sistemi (saitlər və samitlər) diftongoidlər və reduksiya vurğu lüğətin tərtibi prinsipləri əsas xüsusiyyətləri istifadə olunmuş ədəbiyyat siyahısı və qeydlər verilir.

Diqqətə çatdırılır ki, orfofoniya dildəki fonoloji qarşılaşmaların danışıqda reallaşması ilə bağlı ortaya çıxan tələffüz xüsusiyyətlərini sistemləşdirib öyrənməklə məşğul olur.

O da vurğulanır ki, böyük orfofoniya lüğətinə bu gün çox böyük ehtiyac var.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri Təranə xanım Şükürlü ZiM.Az-a bildirib ki, olduqca əhatəli və dərindən işlənmiş şəkildə ilk dəfə çap olunan "Azərbaycan dilinin orfofoniya lüğəti"nin redaktoru professor Fəxrəddin Veysəlli, rəyçiləri - professorlar İ.KazımovB.İsmayılovdur.

Lüğətin yazılmasında isə aşağıdakı işçi qrupu iştirak edib:

1.A.Cəfərov
2. R.Heydərov
3.A.Bəylərova
4. X.Əsgərova
5. X.Heydərova
6. P. Bayramova
7. A. Həsənova

Azərbaycan lüğətçiliyinə qiymətli töhvə kimi dəyərləndirdiyimiz bu lüğətdən Azərbaycan dilinin danışıq normasını öyrənmək istəyən hər kəs – dissertant, doktorant, magistr, bakalavr pillələrində oxuyanlar yararlana bilər. Ondan həmçinin dilimizi öyrənmək istəyən əcnəbilər də istifadə edə bilərlər.


Hüsniyyə ÇOBANOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: