KİTABXANAÇILIQ - İNFORMASİYA ELMİNƏ İKİ TÖHFƏ

KİTABXANAÇILIQ - İNFORMASİYA ELMİNƏ İKİ TÖHFƏ KİTABXANAÇILIQ - İNFORMASİYA ELMİNƏ İKİ TÖHFƏ
Bu günlərdə Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsinin
biblioqrafiyaşünaslıq kafedrasının təcrübəli pedaqoqu,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi
Xuraman xanım Ağayevanın müəllifi olduğu
iki kitabı çapdan buraxılmışdır:
“Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” (dərs vəsaiti) və “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (metodik vəsait).


Bakı Dövlət Universitetinin 100 iliik yubileyinə həsr edilmiş
hər iki kitabın elmi redaktoru, Kitabxanaçılıq-informasiya fakültəsinin
“Biblioqrafiyaşünaslıq kafedrası”nın müdiri,
dosent Nadir İsmayılov
dur.

Dərs vəsaiti kimi nəzərdə tutulan “Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” əsərində Azərbaycanda pedaqogika üzrə ilkin sənəd kütləsi, sahə üzrə biblioqrafik informasiyanın yaranması, inkişaf mərhələləri, biblioqrafik informasiya təminatı sistemi, biblioqrafik resursun inkişafı, pedaqoji elmlərin biblioqrafiya təminatının müasir vəziyyəti və perspektivləri araşdırılmış, əldə olunan mühüm elmi nəticələr elmi dövriyyəyə daxil edilmişdir.

“Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası”
adlı metodik vəsait kitabxananın informasiya fəaliyyətinin əsas vasitələrindən biri olan biblioqrafik işin təşkilinin ümumi mə­sə­lə­­­lərini, biblioqrafik informasiya tələbatçılarıının xarak­teris­tikasını, so­­raq biblioqrafiya aparatının (ənənəvi və elek­tron) quruluşunu, ədə­­biy­­­yatın biblioqrafiyalaşdırılması və informasiya təhlil fə­aliy­yə­ti­nin me­­todikasını, ənənvi və elektron mühitdə biblioqrafik xidmətin for­ma və üsullarını, informasiya mə­dəniy­yətinin tərkib hissəsi kimi oxu­cu­la­­rın (istifadəçilərin) biblioq­rafik təhsilinin menecmenti mə­sə­­lələrini, müx­təlif səviyyəli kitabxanalarda biblioqrafik fəaliyyətin ida­rə olun­ma­­sını, biblioqrafik fəaliyyətə metodiki rəhbərliyin tex­no­logiyasını tədrisinə kömək məqsədilə hazırlanmışdır.
Bu fənnin vəzifəsınə bir çox məsələlər daxildir, o cümlədən: Azərbaycan Respublikasında mövcud olan müxtəlif tip ki­tab­xa­na­­ların biblioqrafik fəaliyyət sahəsindəki fəaliyyətini nəzəri və təc­rü­bi cəhətdən öyrənməklə onları təhsil alanların nəzərinə çatdırmaq; kitabxanada gedən biblioqrafik fəaliyyət proseslərinin mahiy­yə­ti və yerinə yetirilməsi mexanizmi haqqında biliklər vermək; kitabxanada biblioqrafik fəaliyyətin əsas istiqamətləri üzrə hə­ya­­ta keçirilən tədbirlərinn müqayisəli təhlilini vermək; biblioqrafik fəaliyyətin nəticəsi və vasitəsi olan informasiya re­surs­larının yaradılması və istifadəçilərə çatdırılması qanuna­yuğun­luq­la­rı və üsulları haqqında bitkin təsəvvür yaratmaq; kitabxanada biblioqrafik fəaliyyətin idarə olunması və menec­men­ti məsələləri haqqında təsəvvür yaratmaq; kitabxanada biblioqrafik işin planlaşdırılması, uçot və hesa­ba­tın tərtibi qaydalarının elmi əsaslarını müəyyənləşdirmək; kitabxana işçilərinin ixtisasartırma və fasiləsiz təhsil sisteminin əhə­miyyətini əsaslandırmaq; istifadəçilərin informasiya mədəniyyətinin formalaşmasında bib­lioqrafik vasitələrin yerini müəyyən etmək və s.
Hər iki vəsait kitabxanaçılıq və informasiya ixtisası üzrə bakalavriatura və magistratura pilləsində təhsil alan tələbələr və sahə mütəxəssiləri üçün nəzərdə tutulmuşdur.


Atilla SÜLEYMANOV,
BDU-nun tələbəsi

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: