NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞÜNCƏLƏR Yeni nəşrlər, Humanitar elmlər 28 Şubat YENİ NƏŞRLƏR AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisinin şərhi” adlı birinci kitabı çapdan çıxıb.Yeddi yüz səhifəlik monoqrafiyada Nizami irsinin öyrənilmə metodologiyası, şairin dünyagörüşünün əsasları, sənət idealı, düşüncəsinin, “Yeddi Gözəl” məsnəvisinin başlıca qaynaqları, tövhid, ədalət, peyğəmbərlik, rəhmət evi anlayışları, Nizaminin klassik irsə, şeirə münasibəti, iş üslubu, məsnəvinin yazılma səbəbləri, əsərin ithaf olunduğu Əlaəddin Körpə Arslanın tərcümeyi-halı, Səlcuqluların dövlət anlayışı, sözün dəyəri, şairin alim tərifi, ağıllı və imanlı insan tərbiyəsinin yolları, övlad tərbiyəsinin əsasları, elmin mahiyyəti kimi məsələlər əhatə olunub. Monoqrafiyada Nizaminin türk kimliyinin dəlilləri ortaya qoyulub, “Yeddi gözəl” məsnəvisindən beş yüz otuz iki beyt söz-söz şərh edilib.Siracəddin Hacı bundan əvvəl Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinə on cildlik, yeddi min səhifəlik şərh yazaraq çap etdirib.Müəllifin təbirincə desək, “Nizami insanlığa dəyərlər yatırımı qoyub getmişdir. Onun üzərimizdə haqqı var. Bu haqqı ödəməyin yolu Nizami irsini doğru öyrənmək və doğru öyrətməkdir. Nizaminin ideyaları, təbliğ etdiyi dəyərlər köhnəlməz, çünki onların qaynağı mütləq həqiqətdir. Şairin həmişə müasir olmasının, insanların ehtiyacına çevrilməsinin səbəbi də budur. Ancaq Nizami ideyalarının şərh, təhlil, tədris, təbliğ dili, üsulu, metodu köhnələr. Ona görə də Nizaminin bu çağın insanlarının anlayacağı, qəbul edəcəyi bir dil, üslub, metodla şərhinə ehtiyac var, biz Nizamini yüzilliyin idrakına oxumalıyıq”.> “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)”, I kitab, “Nafta-Press”, Bakı, 2006, 540 səh.> “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)”, II kitab, “Nafta-Press”, Bakı, 2008, 460 səh.> “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)”, III kitab, “Nafta-Press”, Bakı, 2009, 398 səh.> “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)”, IV kitab, “Nafta-Press”, Bakı, 2010, 760 səh.> “Həzrət Nizami Gəncəviyə görə, insan qəlbinin həqiqətləri”, V kitab, “Nafta-Press”, Bakı, 2012, 505 səh.> “Həzrət Nizami Gəncəviyə görə, cəmiyyətin dəyişməsi fərddən, fərdin dəyişməsi qəlbdən başlayır”, “Nafta-Press”, Bakı, 2012, 60 səh.> “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı ilk dörd məqalənin şərhi”, VI kitab, “Nafta-Press”, Bakı, 2013, 588 səh.> “Yunus Əmrə: Nəfsini müsəlman et”, Bakı, “Yazıçı”, 2014, 58 səh.> “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanının şərhi (V-IX məqalələr)”, VII kitab, “Nafta-Press”, Bakı, 2014, 596 səh.> “Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanının şərhi” (X-XIII məqalələr)”, VIII kitab, “Nafta-Press”, Bakı, 2015, 677 səh.Prof.Dr. Almaz Ulvi Binnatova,Azərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutu"Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.