"Canım Azərbaycan – Vətənim mənim!.." - Pərvanə xanım MƏMMƏDLİ Yeni nəşrlər, Müsabiqə, Qərbi Azərbaycan 13 Mayıs TANIŞ OLUN:Pərvanə Nəzir qızı Məmmədli - 1966-cı il aprelin 25-də Qərbi Azərbaycanın Noyemberyan rayonunda dünyaya göz açıb. Aşağı Körpülü kəndində yaşayıb. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Məktəbinə daxil olub. Həmin məktəbi müvəffəqiyyətlə bitirib. Ailəlidir, bir övladı var. Hazırda “Dünya”TV-dəki məşhur “Qızıl çevrə” ədəbi-bədii verilişin layihə rəhbəri və aparıcı müəllifidir. Şeirləri müxtəlif mətbuat orqanlarındavə ədəbi məcmuələrdə dərc olunub.Bu günlərdə Pərvanə Məmmədlinin "Sevdiyi qədər sevilə insan" adlı şeirlər kitabı "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Bu münasibətlə Pərvanə xanımı biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, əmək fəaliyyətində, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda Pərvanə Məmmədlinin bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik. ZiM.Az EY VƏTƏN!Yol tapmıram gəlmək üçün qoynuna,Yolların da məndən küsüb, ey Vətən!Bir zamanlar dayanardın şah kimi,Qulların da məndən küsüb, ey Vətən!Qəlbim yanar, ruhum sənsiz yalqızlar,Gözlər ağlar, nalə çəkib, dil sızlar.Daha dərmir çiçəkləri gül qızlar,Güllərin də məndən küsüb, ey Vətən!Göyçə, Vedi... nağıl olub dillərdə,Dərdin yatır bu ağaran tellərdə.Övladların qaçqındı yad ellərdə,Ellərin də məndən küsüb, ey Vətən!Bu nə qəmdir qonub axı üzünə,Kədər yağıb çəməninə, düzünə?!Danışmırsan, həsrətəm bir sözünə,Dillərin də məndən küsüb, ey Vətən!Pərvanə gəzdikcə doğma yurdları,Arzum çin-çin olur, ömrümsə yarı.Xəyalım daramır ağ buludları, VƏTƏNİM MƏNİMMənim varlığımsan, həm məsləkimsən,Dünyaya sığmayan məmləkətimsən,Muğanım, Milimsən - bərəkətimsən!Füzuli, Zəngilan nəfəsim mənim,Canım Azərbaycan – Vətənim mənim!Qoşa dayanıbdı Kəpəzlə Qoşqar,Şahdağın əyilməz - əzəmət, vüqar!Tarixlər yaşadan Şəkim, Qubam var,Lalələr bitirir çölüm-çəmənim,Canım Azərbaycan – Vətənim mənim!Yaşayaq, yaradaq azad, firavan,Yardımlı dağları cənnət, gülüstan.Masallı, Astara, Lerik, Lənkəran,Cəlilabad əvəzsiz məkanım mənim,Canım Azərbaycan – Vətənim mənim!Şamaxı, Kürdəmir, Lahıca bir bax,Ulu tarixlərdən soraqdı, soraq.Qəbələm, Oğuzum yanan bir çıraq,Həmişə olubdur qayğı çəkənim,Canım Azərbaycan – Vətənim mənim!Sabirabad, Saatlım, Balakən, Qaxım,Dahilər yetirən doğma Qazaxım,Mənim qan damarım – Kürüm, Arazım,Şuşam, Kəlbəcərim – min qəmim mənim,Canım Azərbaycan – Vətənim mənim!Bakım, Naxçıvanım, Təbrizim, Gəncəm,İrəvan, Zəngəzur, ey ulu Göyçəm,Sizsiz açılarmı, de, zülmət gecəm?Xocalım, Laçınım – həsrətim mənim,Canım Azərbaycan – Vətənim mənim!Qarabağ, yanıram qəmli halına,Şirin candan keçən şəhid balana.Pərvanə and içib Haqqa, Qurana,Bölünməz bu yurdum, bu yuvam mənim,Canım Azərbaycan – Vətənim mənim!OĞLUMA NƏSİHƏTSənə nəsihətim qalsın yadigar,Saxla həmişəlik əmanət, oğlum!Unutma, mənalı cəh-cəlalı var,-Sözümlə taparsan sən şöhrət, oğlum!Mərd ol ki, heç zaman arxada yatma,Namus bir şərəfdir, əlindən atma.Yoldaşın sirrini yoldaşa satma,Yadından çıxmasın nəsihət, oğlum!Çəkmə ədavəti qohum, yad ilə,Dayan el yolunda dəyanət ilə.Dolan bu dünyanı təmiz ad ilə,Eyləmə kimsəyə xəyanət, oğlum!Kəm baxma yediyin çörəyə-duza,Doğruya doğru ol, sadiq ol düzə.Eşqin mənasını bilməyən qıza,Bəsləmə ürəkdən məhəbbət, oğlum! QAYTAREy ulu Yaradan, bir istəyim var,-Məni itirdiyim illərə qaytar.Bəlkə də axtarıb özümü tapdım,Həsrətin çəkdiyim çöllərə qaytar,Məni itirdiyim illərə qaytar.Məni öz əlimdən alan illərə,Qayğısız, kədərsiz olan illərə,Qəlbimə eşq odun salan illərə,Sonası sevilən göllərə qaytar,Məni itirdiyim illərə qaytar.Yadımdan çıxmayan, əbədi olan,Nimdaş paltar təki əynimdə solan,Kövrək nəğməsiylə “qəlbimi çalan”,-Mənə canım deyən dillərə qaytar,Məni itirdiyim illərə qaytar.Qəmi Pərvanəni şair eylədən,Geriyə baxdıqca qəlbin göynədən,Dilimə söz salan, haqqı söylədən,-Dərdi şələm olan ellərə qaytar,Məni itirdiyim illərə qaytar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.