“Nəsimi ili”nə daha bir töhfə Yeni nəşrlər, Humanitar elmlər 26 Aralık AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məhəmməd oğlu Məmmədovun “İmadəddin Nəsiminin lesikası oğuz dilləri kontekstində” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitabın elmi redaktoru: filologiya elmləri doktoru, professor Sevil Mehdiyeva, rəyçilər: AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qızılgül Abdullayevadır.Qeyd edək ki, müəllif bu kitabda, eyni zamanda, köhnəlmiş isimləri və feilləri də tədqiqata cəlb etmiş, onların bu monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 23 sentyabr 2019-cu il tarixli qərarı ilə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə elan etdiyi “Nəsimi ili”nə kiçik bir töhfədir.Kitabın “Giriş” hissəsində Türkologiyada Nəsiminin əsərlərinin dilini araşdıran tədqiqatçıların əsərləri xronoloji ardıcıllıqla təhlil edilmiş və nəticə olaraq, müəyyən olunmuşdur ki, şairin dili daha çox azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Digər türkdilli respublikalarda isə şairin əsərlərinin bədii tərtibatı, nəşri diqqətdə saxlanmışdır.Monoqrafiyanın əsas hissəsini Nəsiminin dilində işlənmiş türk mənşəli ümümi isimlərin və feillərin oğuz qrupu türk dillərinin materialları ilə müqayisəli təhlili təşkil edir. Belə ki, müəllif I fəsildə türk mənşəli ümumi isimləri, II fəsildə isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək, oğuz qrupu türk dilləri ilə müqayisə etmişdir.İnanırıq ki, bu monoqrafiya nəsimişünaslar üçün maraqlı bir kitab olacaqdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.