Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunubTƏBRİK EDİRİK!..

Bu günlərdə
tanınmış ədəbiyyatşünas alim,
Azərbaycan Universitetinin
professoru Asif Hacılı
nın
“Bayatı poetikası: struktur,
semantika, praqmatika”
adlı
yeni monoqrafiyası dərc olunub.

Monoqrafiyada folklorumuzun qədim janrlarından olan bayatıların poetik sistemi forma-məntiqi və struktur-semiotik meyarlarla tədqiq olunmuşdur.


Müəllif şifahi lirikamızın tədqiqinin metodoloji məsələlərini şərh etmiş, bayatı poetikasının struktur, semantika və praqmatika qatlarını araşdırmış, bayatı janrını və ümumən şifahi lirikamızı səciyyələndirən konseptual ümumiləşdirmələr vermişdir. Bayatıların dərkini mədəniyyət və dilimizin, özlüyümüzün dərki hesab edən müəllif bu janrda aşkarlanan etnopoetik dünya mənzərəsini, rəmz və işarələri, motiv və konseptləri ətraflı təhlil etmiş, fonopoetik, qrammatik, leksik, sintaktik vasitələrin bədii sistemdə rolunu, mətn semantikasının müxtəlif aspektlərini və ümumi səciyyəsini, kompozisiya, ritm, vəzn, janr-üslub özünəməxsusluğunu araçdırmışdır.
Müasir tədqiqat metodları və yeni konseptual yanaşma ilə, müxtəlif türk xalqlarının folkloruna xas mətnlərdən istifadə etməklə yazılmış bu kitab filoloq mütəxəssislər, tələbə və magistrantlar üçün nəzərdə tutulmuşdur.

Monoqrafiya AMEA-nın Folklor İnstitutunun qərarı ilə “Elm” nəşriyyatında çap olunub.

Biz də, ZiM.Az-ın bütün yaradıcı heyəti adından dəyərli ziyalımız, görkəmli ədəbiyyatşünas-alim,
çox hörmətli professor Asif Hacıyevi bu yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni elmi yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: