Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında” Xəzər Universitetinin nəşriyyatında
filologiya üzrə fəlsəfə doktoru,
dosent Tamilla İstafil qızı Əliyevanın
“Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı
monoqrafiyası çapdan çıxıb.


ZiM.Az xəbər verir ki, monoqrafiyada tarixə
Qafqaz müharibəsi kimi düşmüş hadisələrin –
Şimali Qafqazda dağlılarla dövlət strukturları arasında
200 ilə yaxın davam edən toqquşmaların
rus ədəbiyyatında təsviri şərh olunur.

Mütəxəssislər və filoloq tələbələr üçün nəzərdə tutulan
monoqrafiyanın elmi redaktoru tanınmış ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, professor Asif Hacılıdır.

Xatırladırıq ki, Tamilla İsrafil qızı Əliyeva -
1965-ci il yanvarın 3-də qədim Borçalı mahalının
Baş­­­­keçid (indiki Gürcüstanın Dmanisi) şəhə­rində
anadan olmuşdur.
Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1972-ci ildə Dmanisi şə­hər orta mək­­­­təbinin birinci sin­finə getmiş, 1983-cü ildə həmin məktəbi bitir­mişdir.

Orta məktəbi bi­tir­dikdən sonra, 1984-cü ildə M.F.Axun­dov adına Azər­baycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Uni­ver­siteti) daxil olmuş və 1989-cu ildə həmin institutu fərq­lənmə dip­lomu ilə bitir­mişdir.
1991-1994-cü il­lərdə həmin insti­tu­tun əyani aspiran­turasında oxu­muş, 1994-cü ildən hə­min insti­tu­tun ədə­biyyat nəzəriyyəsi ka­fed­rasında əmək fəaliy­yətinə baş­la­mışdır. O, eyni zamanda, 2005-2009-cu illərdə Qərb Uni­versitetində, 2009-2010-cu il­lər­də Xəzər Univer­sitetində müəllim, 2012-ci ildə Azərbaycan Turizm İnstitu­tunda “Tu­rizmin Linqvistik təminatı” kafedrasının dosenti, rus dili müəl­limi, 2014-2015-ci illərdə isə Ardahan Üniver­sitesində Rus Dili və Ədəbiyyatı ögrətmən görəvi vəzi­fə­sində də çalış­mışdır.

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında” Tamilla Əliyeva 1997-ci ildə namizədlik dis­sertasiyası mü­­­­dafiə et­miş, 1999-cu ildə Azərbaycan Respub­likası Ali At­­testasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi,
2012-ci ildə isə dosent elmi adı ve­rilmişdir.
O, 2009-2010-cı ildə Avropa proqrammı ilə Qrand qa­zan­mış və Bolgarıstanın Russe şəhərində, Angel Kın­çev adına Universitetdə 01.04.2010-30.09.2010-ci ilə ki­mi elmi fəaliy­yətini davam etdirmişdir.
12.09.2012-ci il tarixinli 1475 saylı əmr ilə 2013-cü il üçün BSU-nun “Ədəbiyyat nəzə­riyyəsi” kafedrasınına - ədə­biy­yat nəzəriyyəsi, ədəbi təhlil və tənqid 5715.01 ixtisası üz­rə Elmlər doktoru proqramları üzrə doktoranturaya ayrılmış qəbul pla­­nına əsasən əyani dok­toranturaya qəbul olunub. Dis­sertasiyasının mövzusu - «XX əsrin sonu - XXI əsrin əvvəllərində rus və Azərbaycan nəsrində pos­mo­der­niz».
16 may 2013-cü ildə Azərbaycan Respublikası Mə­də­niy­yət və Turizm Nazirliyi Turizm Bələdçilərinin və Tər­cüməçi-gidlərin Attestasiya Komissiyası Turizm Bələd­çisinin şəha­dətnaməsi verilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla İstafil qızı Əliyeva 2015-ci ilin aprelindən isə
Polşada, Kra­kov Unıver­sı­tetındə «XX əs­­rin sonu - XXI əsrin əvvəl­lə­rin­də rus, gerb və
Azərbay­can nəs­rində posmoderniz»
haq­qında araş­dırmalar aparır.
Bu günlərdə isə Xəzər Universitetinin nəşriyyatında onun “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyası çapdan çıxıb.

Biz də, Tamilla xanımı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir
və ona yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
Filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.270-272;
II nəşr, 2020, səh.270-272).

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: