Professor Elçin İsgəndərzadənin Moskvada 2 monoqrafiyası çap olunub Yeni nəşrlər, AzTU 19 Mart TƏBRİK EDİRİK!..Bu günlərdə Moskva şəhərində Rusiya Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Akademiyası tərəfindən Universitetimizin “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri, prof. E.B. İsgəndərzadənin “Метрологическое обеспечение измерений геометрических параметров эвольвентных зубчатых колес” və “Научно-методические основы 3D-метрии шероховатости поверхности” kitabları çap olunub. Monoqrafiyalarda yer alan materiallar 2016-cı ildə AzTU və Rusiyanın Metroloji Xidmət Elmi-tədqiqat institutu arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında müqavilə əsasında koordinat metrologiyası üzrə səmərəli aparılmış nəzəri və təcrübi tədqiqatların nəticələrindən ibarətdir. Monoqrafiyaların həmmüəllifi dünya koordinat metrologiyası nəzəriyyəsinin yaradıcılarından biri VNİİMS-in şöbə müdiri, texnika elmləri doktoru, professor, əməkdar metroloq V.Q. Lısenkodur. Hər iki kitab Azərbaycan Texniki Universitetinin 70, Metroloji Xidmət Elmi-tədqiqat institutunun 120 illik yubileylərinə həsr edilmişdir. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.