Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze Ədəbi əlaqələr, Tiflis, Bolus 28 Ocak Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını tərcümə edərək keçən il oz hesabıma “Universal” nəşriyyatında nəşr etdirdim. Azərbaycanın tanınmış alimlərindən biri, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyyasının vitse-prezideni, millət vəkili, akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədov ilə birlikdə beynəlxaq konfransda iştirak etmək üçün Tiflisdə olanda akademik Elizbar Cavelidzeni onlarla görüşdürdüm. Xudmani bir yerdə oturub, ədəbi əlaqələrdən söhbət apardıq. Azərbaycan alimləri belə bir şəxslə, daha doğrusu, Azərbaycan ədəbiyyatının yaxın dostu olan akademik Elizbar Cavelidze ilə tanışlıqdan məmnun olduqlarını bildirdilər. Onlar bu kitabın bu il fevral ayında Bakıda nəşr olunacağını və onun təqdimatının yüksək səviyyədə geçiriləcəyini xüsusulə vuğuladılar.Akademil Elizbar Cavelidze barədə dostlarıma məlumat vermək istəyirəm. ** *Elizbar Dimitriyeviç Cavelidze 1938-ci il dekabrın 15-də Tbilisi şəhərində anadan olub. Bolnisi orta məktəbinə gedib, sonra təhsilini Tbilisi Oğlanlar Gimnaziyasında davam etdirib. Sonralar Tbilisidəki 42 saylı orta məktəbə keçib. Yenidən Bolnisi orta məktəbinə qayıdaraq, 1956-cı ildə Kazreti (indiki Madneuli) orta məktəbini bitirib.1956-1961-ci illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində şərqşünaslıq faküləstində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib.Tələbəlik illərində A.Sereteli adına təqaüdçü, şərqşünaslıq fakültəsinin tələbə elmi şurasının sədri olub.1962-2006-cı illərdə akademik Q.Sereteli adına Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1962-1966-cı illər); elmi işçi (1966-1975-ci illər); böyük elmi işçi (1975-1988-ci illər), baş elmi işçi (1988-2066-cı illər) işləyib. Paralel olaraq Tbilisi Dövlət Universitetində mühazirələr oxuyub.1966-cı ildə «Ruhi Bağdadi» (həyatı, dünyagörüşü, lirikası) mövzusunda dissertasiya müdafiə edib. 1972-ci ildlə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının dosenti seçilib.1975-ci ildə «Cəlaləddin Rumi» (dünyagörüşü məsələləri) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.1985-1986-cı illərdə «Tənqid» jurnalının baş redaktoru olub. 1986-1990-cı illərdə «Literaturuli qazeta» («Ədəbi Gürcüstan») qəzetinin baş redaktoru olub.1988-ci ildə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının professoru adına layiq görülüb. Elə həmin il Gürcüstan Milli Elmlər Akademiyasının müxbir uzvu seçilib.1989-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə «Azərbaycanın əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.1991-ci ildə Gürcüstan Respublikasının təhsil və elm naziri olub.1992-1995-ci illərdə «Gürcüstanın zəng qülləsi», «Kolx qülləsi» və «Zəng qülləsi» qəzetlərinin naşiri və redaktoru olub.1996-1999-cu illərdə Almaniya Federativ Respublikasında yaşayıb.1999-2003-cü illərdə Gürcüstan parlamentinin üzvü seçilib və «XXI əsr» parlament fraksiyasına başçılıq edib. Elə bu dövrlər «Yeni dövr» qəzetinin naşiri və redaktoru olub. 2005-2007-ci illərdə «Aisi» qəzetinin naşiri və baş redaktoru olub.2013-cü ildə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elizbar Cavelidze 16 monoqrafiyanın, 300-dən artıq elmi məqalənin və publististik yazının müəllifidir.Elizbar Cavelidze görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri Füzulinin həyat və yaradıcılığı barəsində «Füzuli» monoqrafiyasını yazmış, milli ədəbi abidəmiz və incimiz olan «Dədə Qorqud» əsərini Azərbaycan ədəbiyyatının bilicisi Georgi Şağulaşvili ilə birlikdə gürcü dilinə tərcümə etmişdir.Mirzə Məmmədoğlu. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.