SEYFƏDDİN ZEYNALOV (1981) Ədəbiyyat » Müsabiqə 23 Şubat Seyfəddin Zeynalov - 1981-ci il fevral ayının 26-da Naxçıvan MR-nın Şahbuz rayonundakı Keçili kəndində anadan olub. Hazırda da elə doğma kəndində yaşayıb-yaradır. Ailəlidir.Şeiri, poeziyanı çox sevir. Boş vaxtlarında özü də şeir yazır. Şeirləri "Şah dağı" (N: 01, 2020) poeziya antologiyasında, "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, eləcə də, yerli mətbuat orqanlarında çap olunub.Biz də Seyfəddin Zeynalova yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.Tahirə QARABAĞLI,ZiM.AzANAGözlərim dikilir ağ saçlarına,Baxdım şəkildəki gənclik çağına.Ötən günlər gəlir göz qabağına,Sənə qurban olum, qocalma ana.Saçların ağarıb bir qar kimidir,Baxdıqca sinəmdə ürək incidir,Ana övladının ilk sevincidir,Sənə qurban olum, qocalma ana.O qara saçların çox tez ağardı,Sanki dağ başını duman qar aldı.Hələ görəcəkli günlərin vardı,Sənə qurban olum, qocalma ana.Mən bütün gücümü səndən alıram,Ağaran saçınla mən qocalıram.Baş əyib qarşında hey yalvarıram,Sənə qurban olum, qocalma ana.Sən övlad yolunda əzab çəkərsən,Acılı şirinli günlər keçərsən,Göydə Allah vardı yerdə isə sən,Sənə qurban olum, qocalma ana.Kəndimizin təsviriDörd tərəfi şiş dağlarla bələnib,Hər tərəfdə sədası var kəndimin.Allahımdan sanki ruzi ələnib,Hörməti var, ədası var kəndimin.Bahar gəlir çiçək ačır hər çəmən.Hər tərəfə ətir yayır yasəmən,Necə gedim necə qalım səndə mən,Gör nə gözəl səfası var kəndimin.Dadlı olur hər ağacın meyvəsi,Eşidilir hər tərəfdə ney səsi.Uca dağ başında qartal qiyyəsi,Çınqıllı tək bulağı var kəndimin.Dağ başında dağ keçisi mələyir,Bir nur kimi dağlardan qar ələyir.Nənəm cəhrəsində yenə ip eyrir,Tarixlərdə əsası var kəndimin.Quşdanım məkanı olub qaradaş,Niyə salınmayıb tarixə qardaş.Həsirxana, Camalqala, Üçqardaş.Tarixlərdə qisası var kəndimin.Çəkilməyir igidlərin adları,Tarixlərdə ləzzət hanı, dad hanı?Keçilimdir onların məkanları,Ər oğullu Quşdanı var kəndimin.Bahar gəlir qar əriyir çay daşır,Çəmənlərdə qaranquşlar qaynaşır,Bulaqların səsi gəlir şırhaşır,Bol neyməti, saf suyu var kəndimin...Bu dünya düzəlməz düzəlməz dahaHavada külək var, dağda çən yatıb,Gözlər intizarda, qəldə qəm yatıb.Deyəsən dünyanın axırı çatıbBu dünya düzəlməz düzəlməz daha.Çoxu möhtac qalıb yavan çörəyəAllaha yalvarır kömək ol deyə,Çoxusu əl atıb hiylə kələyəBu dünya düzəlməz düzəlməz daha.Haqsızlar haqlının yerini tutubÇoxusu Allah'ı dini unudubSanırlar dünyanı özləri qurubBu dünya düzəlməz düzəlməz daha.Sən özün kömək ol, bizlərə, Allah...Bir virus bürüdü bütün dünyanıSən özün kömək ol bizlərə, Allah.Saxla pənahında AzərbaycanıSən özün kömək ol bizlərə, Allah.Sanki yaxınlaşır dünyanın sonu,Çoxu fikirləşmir görməyir bunu.Üst-üstə toplayır mini-miliyonu,Sən özün kömək ol, bizlərə, Allah.Bu dərdin dərmanı sənin əlindəSəndən şəfa gözlər xəsdələrin də.Özün dayağı ol həkimlərin dəSən özün kömək ol, bizlərə, Allah.Yox et vətənimdən dərdi-bəlanı,Qoy sevinc bürüsün eli-obanıQoru çiçəklənən Azərbaycanı,Sən özün kömək ol, bizlərə, Allah.Bizim dağlaraBaxım o gəzdiyim çölə-çəmənə,Hər yerində izim olan dağlara.Qaytar gözlərimi yenidən mənə.Gedim yenə bizim olan dağlara.Gedim gəzim doya-doya yorulum,Hər dərədə dönə-dönə burulum.Axan sular kimi axım-durulum,Odum olan közüm olan dağlara.Buz bulaqlar çoxalıbdır şırhaşır,Axıb gedir bir birinə qarışır.Fikir o dağlarda gəzir dolaşır,Burax gedim bizim olan dağlara.Bulaqların yarpız çıxıb başında,Dağ keçisi gəzir o dağ daşında.Qüssə var kədər var hər baxışımda,Burax gedim bizim olan dağlara.Həsrətəm nə vaxdır kəklik səsinə,Qartalın çəkdiyi gur qiyyəsinə.Gözlər həsrət qalıb dağ kölgəsinə,Burax gedim bizim olan dağlara.Bulaq suyu dağ havası isdərəm.Dağ döşündə dəsdə dəsdə güdərəm.Seyfəddinəm dağsız qala bilmərəm,Burax gedim bizim olan dağlara.KüsməDərdi çəkmək xoşdu mənə.Qoy dərdini çəkim, ay qız.Burax sevgi baxçamızda.Yeni güllər əkim, ay qız.Gəl barışaq qayıt geri,Biz unudaq dərdi-səri.Ürəyində qüssə qəmi.İzin ver qoy söküm, ay qız.Bəxd ulduzum söndü daha,Hərdən bax çəkdiyim aha.Səni and verirəm Allaha,Gəl dərdimi bölüm, ay qız.Həsrətdən hər saat yandım,Sənsiz yaşayaram sandım.İki şirin sözə qandım,Qoyma həsrət qalım ay qız.Günahım var öldür məni,Gəl bir dəfə dindir məni.Yenə danla qır qəlbimi,Qoyma sənsiz qalım, ay qız.Gözlərim dolubdur yenə,Ürək batıb dərdi qəmə.Gəl şərik ol kədərimə,Qoyma sənsiz ölüm, ay qız.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.