SÖZ HEYKƏLİ Poeziya, Başkeçid, Bolus, Darvaz, Müsabiqə, Mədəd Çobanov 26 Eylül Görkəmli türkoloq-alim, dəyərli şəxsiyyət,hörmətli professor Mədəd Çobanovun80 illik yubileyinəSən sözdən yaratdın öz heykəlini,Şan-şöhrət gətirdin ulu bir yurda!..Uzatdın övlad tək alim əliniAğsaqqal babamız Dədə Qorquda!..Danışdın qayanın, dağın dilində,Çağladın çeşmələr, bulaqlar kimi...Dedin, tarix yatır palıd külündə,Yandın dil yolunda ocaqlar kimi...Qalın Oğuz eli açdı sirriniQədim Türk yurdunun hərb sənətinə...Ən güclü ordu tək şah əsəriniYazdın Türk ruhuna, Türk qüdrətinə!..Bakıdan Təbrizə nisgillə doluDərbəndsiz, Göyçəsiz diləklər keçər...Borçalı boydadı həsrətin yolu,Sərhəddən kələkli küləklər keçər...Xəyalın Kərkükdə, Başkeçiddədir,Ürəyin dönübdür ağ göyərçinə...İrəvan, Zəngəzur daş keçiddədir,Gəl bir yol başlayaq Turandan Çinə!..Hələ çox mətləbin qapısı bağlı,Çox sirrin üstünü toz örtüb hələ... Hələ tilsimlərin sinəsi dağlı,Savaş qılıncını söz örtüb hələ...Sən bayrağa dönsən – haqqa yol açıq!..Qoy birə daraşsın nadan kürkünə...Qaranlıq pərdəni qaldır, yola çıxTürklüyün ilkindən sözün mülkünə...Çözməyə dərd çoxdu, ay ustad Mədəd!Qəlbindən qələmə yolu düz eylə!..Vətəndən Vətənə baxdıqca həsrətSəksəni səksəndir, yüzü saz eylə!..Bir ömür səs verdin haqqın səsinə,Ucaltdın mərd elin nər əməlini!..Söz səni çəkdikcə zər zirvəsinə,Sən sözdən yaratdın öz heykəlini!..Sən sözdən yaratdın öz heykəlini!..Knyaz ASLAN,BDU-nun kafedra müdiri,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüBakı,12 İyul 2017.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.