Səadət ŞAHPƏLƏNGOVA: "UŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLU" Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil" 15 Ağustos Səadət ŞAHPƏLƏNGOVA,İmişli şəhərindəki 2 saylı uşaq bağçasının müdiri,“Abdulla Şaiq”, "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıUŞAQLARIN AHƏNGDAR İNKİŞAFINDA FİZİKİ MƏDƏNİYYƏT MƏŞGƏLƏSİNİN ROLUAzərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşdıgı bir şəraitdə onun təhsil sisteminin inkişaf etmiş dünya dövlətlərinin təhsil sisteminə inteqrasiya edilməsi mühim rol oynayır. Azərbaycanın təhsil sisteminin əsas vəzifəsi təhsilin fundamentallıgını saxlamaqla gənc nəslin dövrün əsas tələbi olan təhsil alana subyekt kimi baxmaqla yeni insanın formalaşmasını təmin etməkdir. Təhsilin modernləşdirilməsinin məqsədi təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılmasından ibarətdir. Odur ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün təhsilin yuxarı pillələri kimi məktəbəqədər təhsilin müasir tələblərə cavab verən keyfiyyətlərə çatdırılması vacibdir və bu problem müasir təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdəndir.Məktəbəqədər təhsilin məzmununun yenilənməsi bu gün aktual problem kimi qarşıda durur və artıq bu sahədə müəyyən işlər görülür. Pedaqoji prosesin yüksək səviyyədə təşkil olunması, təlim prosesinə yeni metod və priyomların, pedaqoji texnologiyaların tətbiqi, ənənəvi metodların yenidən qurulması təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edir və bu işdə medodik vəsaitlərin rolu böyükdür. Həyatının ilk illərində fiziki inkişafın düzgün təşkili məktəbəqədər tərbiyə müəssisələrinin üzərinə böyük vəzifələr qoyur. Məhz bu dövrdə uşaqlarda bilik, bacarıq və vərdişlər sistemi yaranır. Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsinin başlıca vəzifələrindən biri uşaq orqanizmini müxtəlif oyun və fiziki hərəkətlərlə formalaşdırmaqdır. Bütün bunları səmərəli şəkildə həyata keçirmək üçün uygun forma və vəsaitlər müəyyənləşdirilməlidir.Uşaqların saglamlıgının möhkəmləndirilməsinin,orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsinin məktəbəqədər yaşlı uşaqlar üçün böyük əhəmiyyəti vardır.Məktəbəqədər tədris tərbiyə müəssisələrində fiziki mədəniyyət məşgələləri, oyunlar, səhər gimnastikası, idman bayramları özünə möhkəm yer tutmuş tədbirlər sistemi mövcuddur.Uşaqların saglamlıgının möhkəmləndirilməsi və mühafizəsi məktəbəqədər təhsil müəssisəsində pedaqoji işin ən mühüm hissəsini təşkil edir.Saglam uşaqların tərbiyəsi üçün ən mühüm şərt gün rejiminin düzgün təşkilidir ki, bütün tədris müəssisələri buna ciddi riayət etməlidir. Hər bir uşagın fiziki inkişafının düzgün olması üçün rəngarəng möhkəmləndirici tədbirlərin (quru, su, hava) gün ərzində aktiv hərəki fəaliyyətin, fiziki avadanlıq və təchizatın olması zəruridir.Məktəbəqədər tədris müəssisələrində ardıcıl keçirilən fiziki mədəniyyət məşgələləri nəticəsində uşaqların çoxu kifayət qədər hərəki vərdişlərə yiyələnir, fiziki hərəkətləri yerinə yetirir və məktəbə aktiv, saglam şəkildə gedirlər.Məktəbəqədər təhsil müəssisəsində çalışan tərbiyəçilərin uşaqlarla saglamlaşdırıcı korreksiya işlərinin aparılması çox faydalıdır və bunu mütəmadi şəkildə etmək lazımdır. Çünki belə korreksiya işləri uşaqlarda ayaq nöqsanlarının, qamətin əyriliklərinin qarşısının vaxtında alınmasına imkan yaradır. Belə vərdişlərə yiyələnmə uşaqların hərəki təcrübəsini zənginləşdirir və onların orqanizminin fizioloji proseslərinin fəaliyyətini tənzimləyir.Şəxsiyyətin ahəngdar inkişafında fiziki mədəniyyət mühüm rol oynayır. Belə ki, uşaq məktəbə gedənədək müəyyən dərəcədə fiziki hazırlıga malik olmalıdır. Çünki uşaq fiziki cəhətdən möhkəm, saglam olarsa, normal inkişaf edər və müvəffəqiyyətlə təhsil alar. Uşaq saglam olanda proqram materiallarını mənimsəyə bilər, belə uşaqlar normal əqli yükə tab gətirir, tez yorulmur və əsəbləşmirlər. Bu nöqteyi-nəzərdən uşaq bagçalarında keçirilən fiziki mədəniyyət məşgələləri uşaqların saglamlıgının möhkəmləndirilməsində böyük rol oynayır.Qruplarda fiziki mədəniyyət məşgələləri həftədə iki dəfə keçirilir. Hər məşgələ üç hissədən - giriş, əsas və yekun hissədən ibarətdir.Giriş hissə 5-6 dəqiqə olmaqla, uşaqları tədricən hərəki fəaliyyətə gətirir. Bu hissədə yeriş, qaçış, sıraya düzlənmə sadə oyun tapşırıqları verilir, uşaqlarda əlverişli emosional əhval-ruhiyyə yaradılır. Əsas hissə 18-20 dəqiqə olmaqla ümuminkişafetdirici və əsas hərəkətlər öyrədilir, hərəkətli oyunlar keçirilir. Ümuminkişafetdirici hərəkətlər böyük əzələ qruplarını möhkəmləndirir, uşaqlarda qamətin düzgün formalaşmasına kömək edir. Uşaqlar əvvəlcə çiyin, sonra kürək və bel, daha sonra ayaq əzələlərinin möhkəmləndirilməsi üçün tapşırıqlar alırlar. Hərəkətlərə başlamazdan qabaq tərbiyəçi uşaqların düzgün çıxış vəziyyəti almalarına fikir verməlidir. Belə hərəkətlər adətən musiqi sədaları altında yerinə yetirilir. Çünki musiqi uşaqları nizamlayır, hərəkətləri daha dəqiq icra etməyə sövq edir, onlarda müsbət əhval-ruhiyyə yaradır. Diqqət etmək lazımdır ki, musiqinin ritmi hərəkətlərin tempinə uygun olsun. Əsas hərəkətlər yeriş, qaçış, hoppanma, atma-tutma və tullanma, sürüşmə, dırmanma, müvazinət hərəkətləri məşgələnin əsas hissəsində aparıcı yer tutur. Hər məşgələdə üç əsas hərəkət növü nəzərdə tutulur.Hərəkətli oyun hər bir fiziki mədəniyyət məşgələsinin vacib tərkib hissəsidir. O bacarıq və vərdişlərin möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Müxtəlif oyun hərəkətləri çevikliyi, hərəkətlərin uzlaşdırılmasını inkişaf etdirir, uşaqların emosional vəziyyətinə müsbət təsir göstərir.Fiziki mədəniyyət məşgələlərini keçərkən frontal, hərəkətlərin ardıcıl icrası,qruplarla və fərdi iş formalarından istifadə edilir. Frontal iş zamanı uşaqlar eyni vaxtda tapşırıgı icra edirlər. Uşaqlara yeriş, qaçış, ümuminkişafetdirici hərəkətlər, topla müxtəlif tapşırıqlar verərkən tətbiq olunur.Qruplarla iş zamanı uşaqlar qruplara bölünür, hər biri müəyyən tapşırıqlar alır və onu icra edirlər. Bu, adətən uşaqlar müəyyən vərdişlərə yiyələndikdən sonra tətbiq olunur. Fərdi iş zamanı uşaqlardan biri tapşırıgı yerinə yetirir, qalanları isə onu müşahidə edirlər. Əvvəlcədən hazırlanmış bir uşaq yeni hərəkətləri göstərir.Beləliklə fiziki mədəniyyət məşgələlərinin yüksək səviyyədə təşkili tərbiyəçinin pedaqoji ustalıgından asılıdır.Uşaqların fiziki inkişafına, saglamlıgına kömək etmək üçün aşagıdakı strategiyalar çox mühümdür. Bunlar hər bir uşagın unikal ehtiyaclarını təmin etmək, fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət daşıyır:1.Hər bir uşagın saglamlıgı və təhlükəsizliyi üçün şəraitin yaradılması;2.Uşaqların tibbi müayinə ilə təmin olunması;3.Uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması;4. Uşaqların saglamlıgını,fiziki forma və fəal hərəkətlərini artıran gündəlik şəraitin yaradılması;5.Uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan fəaliyyəti təmin etmək üçün təhlükəsiz şəraitin yaradılması;6.Materialların bütün uşaqlar üçün asanlıqla əlçatan olması7.Nəgməli oyunların,mahnı oxunmasının, rəqs və digər mədəni baxımdan spesifik fəaliyyətlərin uşaqların gündəlik rejimlərinə daxil edilməsi;8.Fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında müzakirələrin aparılması;9.Risk faktorları və uşaqların hüquqlarının pozulması hallarının qarşısının alınması.Akademik K.M.Bıkov deyirdi: “Həqiqətən əzələ hərəkəti olmadan təbiətin dərk edilməsi,daha dogrusu onun əmək prosesində dəyişdirilməsi, tərbiyə prosesində insanın özünü mükəmməlləşdirilməsi mümkün deyildir”.Beləliklə, bu gün biz, məktəbəqədər təhsil işçiləri ailə ilə sıx əməkdaşlıq şəraitində uşaqların hərtərəfli saglamlıgını mühafizə edib, fiziki inkişafını və tərbiyəsini həyata keçirməliyik. Bu yolda bütün səylərimizi səfərbər etməli və gələcəyimiz olan körpə gül balalarımızı vətənimiz üçün əsl şəxsiyyət kimi yetişdirməliyik.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.