31 mart 1918-ci il – erməni vəhşiliyinin bariz nümunəsi Elmi Məqalələr, ADPU 26 марта 2025 264 100 1 2 3 4 5 “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.”Heydər ƏliyevAzərbaycan xalqının ümummillli lideri1918-ci il 30 mart – 3 aprel tarixində Bakı, erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qalmışdır. Yalnız Bakı deyil, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Hacıqabul, Salyan, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdir. Ermənilər tərəfindən törədilmiş terror aktları nəticəsində minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmiş, yüzlərlə kənd yandırılmış, milli-mədəni abidələr məhv edilmişdir. 1918-ci il 31 mart soyqırımı daha əvvəl planlaşdırılmış və 1917-ci ildən başlanmış qırğınlara Stepan Şaumyan başçılıq etmişdir. 1918-ci il mart ayının 30-da ermənilər Bakını atəşə tutmuş, azğın düşmən bununla kifayətlənməmiş, evlərə soxularaq amansız qətllər törətmişlər. Daşnak-bolşevik dəstələri, Təzəpir məscidini topa tutmuş, Bakının mühtəşəm memarlıq abidəsi sayılan “İsmailiyyə” binasına od vurmuşdular. Aprelin 1-ə qədər Bakıda 30 min insan qətlə yetirilmişdir. 31 mart soyqırımında Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı vəhşi, qansız erməni silahlı qüvvələrinin qurbanına çevrilmişdir. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92, Şamaxı qəzasında 58, Qubada 122 kənd dağıdılmışdır. Bu dəhşətli hadisələr zamanı 31 mart faciəsi erməni quldurlarının “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün atdığı addımlardan idi.Bu dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə bu hadisələr baradə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə - deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”Bir alman üçün dəhşətli görünən bu mənzərəni, azərbaycan xalqı dəfələrlə yaşamış, bu ermənilərin törətdiyi ilk və son soyqırım olmamışdır. Baxmayaraq ki, erməni qaniçənləri törətdikləri bu əməlləri dəfələrlə etiraf etmişlər, lakin dünya ictimaiyyəti hələ də bu insan fəlakətinə biganə yanaşır.Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci il 15 iyulda mart faciəsinin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması barədə qərar qəbul edilir. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilir. Lakin AXC-nin süqutundan sonra görülən işlər yarımçıq qalır. 1998-cil martın 26-da ulu öndər Heydər Əliyev 31 mart “Azərbaycanlıların Soyqırımı Haqqında” fərman imzalamışdır. Bu tarixdən etibarən hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində anılır.Azərbaycan xalqının başıına gətirilən bu soyqırımı dünya ictimaiyyətinə çatdırılmasında vaxtilə Ümummilli lider Heydər Əliyev xüsusi tədbirlər görmüş, bu gün də Cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmur və unutmayacaq!..Şəhanə Rizvan qızı ƏSGƏROVA, ADPU,Filologiya fakültəsinin müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.