Hüsniyyə Çobanova: "ƏDƏBİYYATDA YENİ TƏKAMÜL MƏRHƏLƏSİ: SADIQ QARAYEVİN ƏSƏRLƏRİNDƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ BƏŞƏRİ DƏYƏRLƏR" Humanitar elmlər, Biologiya və tibb elmləri, Elmi Məqalələr 2 февраля 2025 103 0 1 2 3 4 5 Alim-yazıçı Sadıq Qarayevin ilk bədii əsəri “Sahilsiz təzadlar” romanıdır. Maraqlı, həm də dünya ədəbiyyatı tarixində nadir hadisələrdəndir ki, müəllif heç bir kiçik həcmli hekayə, esse, povest yazmadan ilk bədii əsər kimi 630 səhifəlik roman yazmışdır. Bu roman “Bəşəriyyətin dünyagörüşündəki təzadlı, çoxüzlü baxışlar sistemi və mövqeyindəki ətalət, çoxbucaqlı standartlar sayəsində Xocalıda, Somalidə, Əfqanıstanda, Yaxın Şərqdə, eləcə də dünyanın digər yerlərində vəhşicəsinə qətlə yetirilmiş, aclıqdan, susuzluqdan dünyasını vaxtsız dəyişmiş, insanlığın vicdan indikatorları olan uşaqların əziz xatirəsinə” ithaf edilmişdir [1. Səh.3]. Sadıq Qarayevin əsərlərinin itihafı, fəsillərin önündəki aforizmləri mövzulara işıq salır və mahiyyətin milli və bəşəri dəyərlərin müstəvisində olduğunu göstərir. “Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və dedektiv romandır. Əsərin əsas qəhrə-manları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn ha-disələr əsasında qurulmuşdur. Hadisələr “Zor bulaq yaylağından başlayır. Burada müəllif unudulub getməkdə olan el adətlərini, elat dünyasnı, milli oyunları geni və yadda qalan bədii təsvirinə nail olmuşdur.Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideya-lar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmə-lə gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə ol-ması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır. Bu fərziyyələrin müəllifin öz elmi təfəkkürünün məhsulu olması, onları ustalıqla bədii üslubda verməsi, təkcə bizim deyil, dünya ədəbiyyatında nadir hadisələrdəndir. “Hələ biz bilmirik ki, canlılar aləminin bir çox növləri ölçü və rəng baxımından ətraf mühiti necə görürlər”, “Qarışqanın, yoxsa filin gördüyü tısbağa həqiqətə daha çox yaxındır”,”Materiyanın, canlı və cansız aləmin niyə məhz mövcud olduğu rəngdə görsənməsinin mütləq bir hikməti vardır” və s. [1. Səh.11] kimi onlarla elmi mülahizələr əsərin həqiqət, fəlsəfi yükünü zənginləşdirir. Bəkə də, hələ elm tərəfindən dəiqiqləşdirlməmiş bir çox məsələlər vardır ki, Sadıq Qarayevin əsərlərində bədii şəkildə, obrazların dili ilə verilmişdir.Akademik İsa Həbibbəyli bu əsərə yazdığı ön sözdə haqlı olaraq qeyd edir ki, “Bütövlükdə “Sahilsiz təzadlar” romanında müəllif həyatdakı və elm aləmindəki təzadlara aydın mövqedən yanaşmaq, mənəvi aləmin daxili qatlarındakı ziddiyyətli məqamlara işıq salmağa çalışmaq qabiliyyətini və son nəticədə irəliyə – sabaha, işığa, kamilliyə doğru çağırmaq ideyalarını diqqət mərkəzinə çəkir”. “Sahilsiz Təzadlar” əsərində yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir. Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişi olmuşdur. “44 günlük” müharibədən, qələbədən 6 il öncə yazıçı heyrətamiz şəkildə olacaqları belə təsvir edirdi: “Şuşa... “Bəşəriyyətin qlobal problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Dünyanın bir çox ölkələrindən tanınmış alimlərin, o cümlədən “Nobel” mükafatı laureatlarının, ictimai-siyasi xadimlərin qatıldığı bu tədbirdə Əli və Nərmin də iştirak edirlər... Şuşa şəhəri axır vaxtlar tez-tez bu cür nüfuzlu, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Nəinki regionda, eləcə də artıq dünyada öz iqtisadi, elmi qüdrəti ilə fərqlənən, bunların əsasında daha sərbəst, müstəqil siyasət aparan Azərbaycan dövləti Dağlıq Qarabağda, eləcə də ona bitişik işğal olunmuş digər rayonlarda öz suveren hüququnu bərpa etdikdən sonra sürətlə quruculuq, abadlıq işlərinə başlamışdır. Əvvəllər işğal altında olan bütün kənd, qəsəbə, şəhərlərdə qısa müddətdə aparılan yenidənqurma, bərpa işlərinin kəmiyyəti, keyfiyyəti və sürəti bütün dünyanı heyrətə salmışdı. Dünya klassik bir həqiqəqtə təkrar əmin olurdu ki, doğrudan da həqiqi dövlət xalqdan qaynaqlanır, onun istək və arzularını gerçəkləşdirir. Xalq vətən saydığı, özününkü hesab etdiyi adi daş parçasına, ağac budağına, qaranquş yumurtasına belə, öz diqqət və qayğısını göstərir. Şəhərdə aparılan tikinti-quruculuq işləri ilə, vaxtilə buranı işğal edən ermənilərin hər şeyi dağıdıb, viran qoymaq faktları arasındakı fərq, özünün olana və özgənin hesab etdiyinə göstərilən münasibətlərin fərqinə bərabərdir. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən gözəl Şuşa şəhəri Qafqazın ən inkişaf etməkdə olan, səliqə-səhmanlı, milli və müasir memarlıq üslubunda tikilən yaraşıqlı binalarla zənginləşmiş, gözəl şəhərə çevrilmişdir. Bu yerlərin təbii gözəlliklərini, təkrarsız iqlim şəraitini də nəzərə alsaq, onda axır vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin burada keçirilməsinin səbəbləri aydın olur.Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Şuşanın mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, sonra Cıdır düzündə, möhtəşəm Bayraq meydanında gəzmişdilər. Burada dalğalanan Azərbaycanın üçrəngli bayrağının fonunda kollektiv şəkil də çəkdirmişdilər. Konfrans iştirakçıları və xarici turistlər Azərbaycanın xalq şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin yenidən bərpa olunmuş əzəmətli məqbərəsini də ziyarət edib, onun da qarşısında xatirə şəkli çəkdirmişdilər. Saat onda başlayan konfrans, iki gün davam etmişdi. Konfrans bitdikdən sonra Nərmin Şuşanın mərkəzində yerləşən “Gövhər ağa” məscidinə gedib, orada namaz qıldı. Sonra isə o, bayıra çıxıb, məscidin yeni təmir edilmiş qoşa minarəsinə heyranlıqla tamaşa etdi. Bu məscidi Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı Gövhər ağa (XIX əsrin əvvəllərində) tikdirmişdir.” [1. Səh.608-609]. Sanki Sadıq Qarayev 6 il əvvəllə gedərək, Şuşanı gəzib gəlmiş, orada baş verən hadisələrin şahidi olmuşdir. Bu gün hamımız yazılarda qeyd edilən hadisələrin şahidi oluruq.Yazıçı Sadıq qarayev “Sahibsiz kölgələr” romanını da “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və dedektiv janrda yazmışdır. Bu roman bir çox müsbət və mənfi qəhrəmanlarla zəngindir. Əsərin əsas süjet xətti Çoban Zalovla Fəridənin təzadlı məhəbbəti, Şəms, Mərcan və Gülər bacılarının, eləcə də onların nakam arzularının canlanmış formaları olan, eyni adlı üç rəfiqənin həyatı, keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş və müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə kainatın quruluşu və yaranması, materiyanın, kütlənin əmələ gəlməsi, zaman və məkan haqqında, varolma enerjisi və mövcudluq arasındakı əlaqə və s. məsələlər barəsində yeni, maraqlı ideyalar da yer almışdır. “Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti, şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir. “Sahibsiz kölgələr” əsəri müasir ədəbiyyatımızda Azərbaycan çekistlərinə həsr olunmuş ilk böyük həcmli romandır. “Elmi və bədii təfəkkürün sintezinin geniş yer aldığı, milli və bəşəri dəyərlərə yeni təkamül proseslərinin axarında baxılan “Sahilisiz Təzadlar” və “Sahibsiz kölgələr” romanlarında azərbaycanlı xarakteri, humanizm və yüksək mənəvi xüsusuiyyətlər mental dəyərlərin və azərbaycancılıq məfkurəsinin işığında canlandırılır, vətənpərvərlik ideyaları hadisələrin təbii məntiqindən doğan real nəticə kimi meydana çıxır” [4. Səh.7]. “Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olmuşdur. “Sarvansız zamanlar” kitabı altı fəsildən ibarət və müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada vəhdətinin nümunəsidir. II fəsildə müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır.IV fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer almış, “44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilmişdir. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer almışdır. Professor İsmayıl Kazımov yazır: “S.Qarayev sarvansız zamanlar deyərkən, insan beyninin işıq və qaranlıq, xeyir və şər tərəflərinin güclərinin bərabərləşdiyi, bir-birini söndürdüyü vaxtları nəzərdə tutur. Bu vaxt zamanların Ali Sarvanı yeni nizam yaratmaq üçün müdaxilə etmiş, təbii fəlakətlər, qeyri-adi hadisələrlə sahibi olduğu, insan ağlına gələn aləmlərinin vasitəsilə karvanı digər müstəviyə keçirmişdi. Koronovirus da belə aləmlərdən biridir” [3. Səh.10]. Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilmişdir. Müəllifin “N saylı qəhrəmanlıq” romanı Azərbaycançılıq məfkurəsinin 200 illik ermənilik şovinizmi və havadarları üzərində tarixi həlledici zəfərinə, Vətən Müharibəsi şəhidlərinin, n sayda qəhrəmanlarının əziz xatirəsinə itihaf edilmişdir.“N saylı qəhrəmanlıq” əsəri mürəkkəb quruluşlu, elmi-fəlsəfi, yarımsənədli, tarixi romandır. 44 günlük Vətən müharibəsində ön və arxa cəbhəni, beynəlxalq vəziyyəti, xalq-dövlət-ordu-Ali Baş Komandan vəhdətinin gücü-“Dəmir Yumruq”un mahiyyəti, N sayda qəhrəmanları və görünməyən “N” saylı qəhrəmanlıqları işıqlandırmışdır. Roman 3 fəsildən ibarətdir. “Müharibə Tumurcuqları” adlanan I fəsildə müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi, aprel və Tovuz döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının şəhidlik məktəbindən bəhs edilmişdir. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı verilmiş, müharibədən əvvəl və müharibə dövründə düşüncələri, ideyaları və fəaliyyəti işıqlandırılmışdır.“N saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlıq, döyüşün planlamaları, başlanması, 2-ci Ordu Korpusunun timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan səddi"nin rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri mislsiz qəhrəmanlıqları, şücaətləri əsasən sənədli və real faktlar əsasında təsvir edilmişdir.III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, Cıdır düzündə “Sərxoş qarğa rəqslərini Xarıbülbül festifalı ilə əvəz olunması fonunda mövcudluğun səpələnməsi bədii-fəlsəfi şəkildə təsvir olunur. Qəhrəman şəhidlərin mövcudluğu isə Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə səpələnərək xalqın milli-mənəvi dayaq nöqtələrinə çevrilir. Romanda ədəbiyyatımızda ilk dəfə olaraq Azərbaycançılıq məfkurəsinin mahiyyəti işıqlandırılır.“N Saylı qəhrəmanlıq” romanı yazılarkən tarixi zəfərimizlə başa çatan II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmaq əsas məqsəd olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “N saylı qəhrəmanlıq”: Vətən müharibəsi akademizm kontekstində” məqaləsində yazır: “S.Qarayevin yaradıcılığında 44 günlük Vətən müharibəsi ilə bağlı motivlərin təzahürü də məhz akademizmin kriteriyaları kontekstində reallaşır. Yazıçının “Sarvansız zamanlar” kitabında yer alan “And”, “Aləmlərin söhbəti” və “Zəfər günü” esse-triptixində, “44 gün” adlanan IV fəslində Vətən müharibəsinin həyəcan, qürur və qələbə anları öz fərqli elmi-bədii ifadəsini tapıb. Vətən müharibəsinə həsr olunmuş “N saylı qəhrəmanlıq” romanı isə 44 günlük zəfər yürüşünün bədii təcəssümünü əks etdirən romanlardan biri kimi ədəbiyyat tariximizə daxil olmaq haqqı və şansı qazanıb. Müəllifin romanın fəsillərini “Müharibə Tumurcuqları”, “N saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” adlandırması da onun yazıçı məramını açıq bəlli edir və yeniliyi ilə diqqəti cəlb edir.” [6]. “N saylı qəhrəmanlıq” romanı 2023-cü ildə nəşr olunmuşdur. Qısa zaman ərzində roman haqqında alimlər, yazıçılar, ziyalılar və ictimai xadimlər tərəfindən yazılan məqalələr, təhlil və müzakirələri nəzərə alsaq deyə bilər ki, müstəqillik dövründə heç ir roman bu qədər təhlil edilməmişdir: Akademik İsa Həbibbəyli: “Azərbaycançiliq məfkurəsinin zəfər romani”;Elbrus İsayev, NDU rektoru, ta.e.ü.f.d., dosent: “Şanli tariximizə ədəbi xidmət nümunəsi”; Sadiq Qurbanov, MM Millət vəkili, “Təbii ehtiyatlar, energetika və ekologiya” komitəsinin sədri, Tex. e.ü. f.d.: “Sadıq Qarayevin müharibə səlnaməsi”;İltizam Yusifov, MM sabiq deputatı: “N sayli qəhrəmanliq”- “Qarabağ zəfəri”nin mükəmməl tarixi romanı”;İbrahim İlyaslı, AYB Poezya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya evinin direktoru: “Yolunu gözlədiyimiz roman”;İsmayıl Kazımov, Filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçi-lik İnstitutu “Müasir Azərbaycan dili” şöbəsinin müdiri: “Düşüncələr yaşadan roman”;Füzuli Qurbanov, Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri: “Bir romanda fəlsəfə və bədii yaradiciliğin “görüşü”;İlham Həsənov, Tarix elmləri doktoru, AMEA Tarix İnstititunun aparıcı elmi işçisi: “Salnamələrin romanı”;Yaşar Qasımbəyli, Filologiya elmləri doktortu, AMEA Ədəbiyyat İnstititunun Baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi və Özbəkistan Yazıçılar İttifaqının üzvü: “Azərbaycan xalqinin müqəddəs zəfərini vəsf edən roman”;Varis Yolçuyev, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Ədəbiyyat Fondunun Baş direktoru: “Müharibə mövzusu bir trend olmalidir”;Elnarə Qaragözova, Fil.f.d., dos. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, romanın redaktoru: “N sayli qəhrəmanliq” – vətən müharibəsinin akademizm kontekstində ifadəsi”;Əpoş Vəliyev, Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi: “Zəfərimiz haqqinda gələcək nəsillərə ən gözəl ərmağan və yaddaş romani”;Əlisahib Hüseynli, romanın redaktoru “Qəhrəmanliqlar aysberqi” [4.Səh.4-11]; Abuzər Bağırov, Yazıçı, filologiya elmləri doktoru, RF XİN- nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi AYB Moskva bölməsinin sədri: “QƏLƏBƏMIZƏ LAYIQ ROMAN” [9]; Yaqut Əmirova, AMEA Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru: “S.Qarayevin “N saylı qəhrəmanlıq romanının tarixi aspektləri”;Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent: “Əsgərlərimizin “N saylı qəhrəmanlığ”ına həsr olunmuş roman”;Sima Cəfərova, Tədqiqatçı-filoloq: Sadıq Qarayev və “N saylı qəhrəmanliq” əsəri haqqinda düşüncələr” [5. Səh.407-419]; Rəfael Həbiboğlu, Yazıçı AYB üzvü: “Müasir romançılıqda yeni nəfəs” [7].Kənan Hacı, “Qələbəmizə layiq əsər” [8]. Bütün bu deyilənlər, müasir ədəbiyyatımızda əsərin nə qədər möhtəşəm yazılmasından, gənc nəslin vətənpərvər ruhda formalaşmasına müsbət təsir etməsindən, Qarabağ müharibəsinin dünyaya çatdırılmasından xəbər verir. “Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N saylı qəhrəmanlıq” elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır. “Azərbaycançılıq məfkurəsi” kitabı altı fəsildən ibarət və müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir. II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır. III və IV fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik ideyalları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzəfəlirinə işıq salmaq dayanır. V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır. VI fəsil “Ömür lövhələri” adlanır və bir insanın - bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun yazıçı təxəyyülündə əks olunan xatirələri təsvir edilir.Yazıçı Sadıq Qarayevin əsərlərində milli dəyərlərlə yanaşı, bəşəri dəyərlər də ön plana çəkilir. Yazıçının əsərlərinin hər səhifəsində fəlsəfi fikirlərlə rastlaşırıq. Alim – yazıçı Sadıq Qarayevin əsərləri nəinki ədəbiyyatçılar, eyni zamanda tarixçilər, filosoflar, dilçi alimlər tərəfindən araşdırılmalı, yeni tədqiqat işi olmalıdır.Ədəbiyyat1. Qarayev S.Q. “Sahilsiz təzadlar” (roman), Bakı, “Nurlar”, 2014, 630 s.2. Qarayev S.Q. “Sahibsiz kölgələr” (roman), Bakı: “Ziya”, 2017, 504 s.3. Qarayev S.Q. “Sarvansız zamanlar”, Bakı, “Elm və təhsil”, 2021, 472 s.4. Qarayev S.Q. “N saylı qəhrəmanlıq” (roman), Bakı, "Tichpirint", 2023, s.376 5. Qarayev S.Q. “Azərbaycançılıq məfkurəsi”. Bakı: "Tichpirint", 2024, s 418.6. Elnarə Qaragözova. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru 525-ci qəzet.- 2023.- 18 oktyabr.- S.13.7. https://manera.az/index.php?newsid=164158. https://yazarlar.az/2024/06/18/sadiq-qarayev-50/9. https://edebiyyatqazeti.az/news/sience/11306-qelebemize-layiq-roman HÜSNİYYƏ ÇOBANOVA, Heydər Əliyev adına Hərbi İnstitutun dosenti,Filologiya üzrə fəlsəfə dokotoruZiM.Az-ın şöbə müdirielm.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.