Elçin Muradxanlının "Küsmüşəm" şeirinə bir baxış Humanitar elmlər, Elmi Məqalələr, Digər ali məktəblər 19 марта 2025 358 0 1 2 3 4 5 GirişAzərbaycan ədəbiyyatında sevgi, inciklik və insanın daxili hissləri hər zaman xüsusi yer tutub. Elçin Muradxanlının "Küsmüşəm" adlı şeiri də bu emosional ziddiyyətləri dərin bir poetik dillə ifadə edən əsərlərdən biridir. Bu şeir oxucuya sevgi və küskünlük arasında gedən incə psixoloji mübarizəni hiss etdirir. Burada küsmək təkcə bir emosional reaksiya deyil, eyni zamanda sevginin bir hissəsi kimi təqdim olunur. Barışma isdəyi ilə dolu bir əsərdir. Bu şeir, normal bir küskünlükdən daha çox, sevgi içindəki dərin duyğuları təsvir edir:Bəhanə gəzmirəm səndən ayrılam,Dırnaqdan təpəyə küsmüşəm səndən.Hər sözə, hər şeyə sənə qırğınamİnciyə- inciyə küsmüşəm səndənLirik qəhrəman hər şeydən küsdüyünü dilə gətirsə də, bu inciklik onun dərin sevgisindən xəbər verir. Elçin müəllimin bu şeiri ölməz türk şairi Nazim Hikmətin “küsmək nədir?” misralarını xatırlatdı. Nazim Hikmət yazır: ”Küsmək nədir bilirsənmi? Küsmək dürüstlükdür... Uşaqcadır və buna görə safdır. Yalansızdır .Küsmək, səni sevməkdir, əl çəkməməkdir. Mənasını ifadə edir küsmək. Hirsləndim amma burdayam, getmirəm, gedə bilmirəmdir, küsmək; nazlanmaqdır, yaxın hiss etməkdir, mənim üçün dəyərlisən deməkdir Küsmək; sevdiyini söylə deməkdir. Artıq anla deməkdir Küsmək; ümiddir, bəlkələri yox etməkdir, əmin olmaqdır.Yəni demək istəyirəm ki: Mən səndən küsdüm!”(Nazim Hikmət).Məlumdur ki,küsmək özü də dərin bir mənanı kəsb edir. Məhz şairin irroniya ilə deyil də dərin sevgi bağlılığının olduğunu görürük. Məhz Nazim Hikmətin şeirini oxuduqdan sonra, Elçin Muradxanlının “Küsmüşəm” şeirinin mənasını dərk edə bilərik. Şeir dərin bir mənanı özündə ehtiva edir. Əsl sevgini dərk edən şəxslər, müəllifin bizə ötürmək isdədiyi mesajı dərk edə bilər:Görəsən sən niyə beləsən axı?Niyə bu tərsliyin bitmir, tükənmir?Bəzən dodağından zəhərimar axır,Bəzən gözlərinin alovu sönmür.Şeirin Mövzusu və Əsas İdeyası"Küsmüşəm" şeiri sevgi münasibətlərində baş verən duyğusal ziddiyyətlərdən bəhs edir. Lirik qəhrəman sevdiyi gözəldən hər xırda şeyə görə inciyir, lakin bu inciklik nifrətdən qaynaqlanmır. Əksinə, sevginin içində doğan bir narazılıq kimi təsvir olunur. Bu, insanların real münasibətlərində tez-tez rast gəlinən bir vəziyyətdir.Şeirin əsas ideyası odur ki, sevgi bəzən təkcə xoşbəxtlikdən ibarət olmur. İçində qısqanclıq, inciklik, hətta bəzən hirs də yer alır. Ancaq bu duyğuların hamısı sevginin bütövlüyünü təşkil edir. Lirik qəhrəmanın sonunda sevgisinə qalib gəldiyini görürük. Şeirin sonuncu bəndində incə, düşündürücü yumor hissi gözəl duyğular yaradır:Ancaq bu incimək dönməz nifrətə,Görüşüb, barışıb sürüb gedərəm.Quzum, çox öyrətmə məni həsrətə,Əzrayıl çağırar, çıxıb gedərəm.Şeirin ilk bəndində lirik qəhrəman sevgilisinə nə qədər çox bağlandığını göstərir. O, hər xırda şeyə görə küsməsi ilə bağlı ironiya edirmiş kimi görünür, lakin əslində burada bir emosional həssaslıq var. Dırnaqdan-təpəyə küsmək ifadəsi onun nə qədər tez inciyən biri olduğunu göstərir.İkinci bənddə isə küskünlüyün səbəbi açıq-aşkar görünür. Sevgilinin münasibətdə soyuq olması, daha doğrusu, duyğularını açıq şəkildə ifadə etməməsi lirik qəhrəmanı narahat edir. Bu, real həyatda da tez-tez rast gəlinən bir situasiyadır. İnsanlar bəzən hisslərini ifadə etməyə çətinlik çəkirlər və bu, qarşı tərəfi küsdürə bilər.Üçüncü bənddə isə qəhrəmanın daxilindəki qəzəb hiss olunur. "Saçlarını yolam, üzünü cıram" kimi ifadələr, məcazi mənada işlədilərək onun emosional vəziyyətini daha da vurğulayır. Bu, sevginin içindəki hirs və hətta bəzən impulsiv davranışları da simvolizə edir.Sonuncu bənddə isə bu küskünlüyün nifrətə çevrilmədiyi açıq şəkildə ifadə edilir. Lirik qəhrəman bütün bu emosional çırpıntılardan sonra yenə də sevgilisini tərk etmədiyini bildirir. Bu da sevginin sonda bütün mənfi hisslərə qalib gəldiyini göstərir.Bədii İfadə VasitələriŞair bu şeirdə müxtəlif bədii ifadə vasitələrindən istifadə edərək duyğuları daha güclü təsvir edir:- Metaforalar: "Dodağında zəhirmar axır" ifadəsi sevgilinin sərt və acıdil olmasını simvolizə edir.- Məcazlar: "Əzrayıl çağırar, durub gedərəm" misrasında sevginin nə qədər güclü olduğu və bu küskünlüyün ölüm qədər ciddi təsir edə biləcəyi göstərilir.- Epitetlər: "İncəyə-incəyə küsmüşəm" ifadəsində incəliyin və küskünlüyün poetik və həssas tonu vurğulanır.Şeirin Üslubu və Oxucuya TəsiriŞair Elçin Muradxanlı şeirdə hisslərin təbii axarını qoruyur. O, dərin fəlsəfi fikirlər verməkdən daha çox, insanların gündəlik münasibətlərində rast gəlinən emosional vəziyyətləri təsvir edir. Bu, oxucuya şeirlə daha çox bağlanmaq imkanı yaradır.Oxucu bu şeiri oxuyarkən öz münasibətlərində yaşadığı küskünlükləri və barışları xatırlaya bilər. Şeirin ən böyük gücü hadisələrin reallığıdıır. İnsanlar münasibətlərində hər zaman belə hisslər yaşayır, amma bunu ifadə etmək hər kəs üçün asan olmur. Şair isə bunu ustalıqla bacarır.Nəticə"Küsmüşəm" şeiri sevgi münasibətlərindəki hissi gərginlikləri və duyğusal çəkişməni dərin bir həssaslıqla əks etdirən bir əsərdir. Şair Elçin Muradxanlı bu şeirdə sevginin içindəki inciklik və barış arasındakı ziddiyyəti vurğulayaraq, oxucunu duyğusal bir səyahətə çıxarır. Küskünlük nə qədər dərin olsa da, sevginin qalib gəldiyi açıq şəkildə görünür. Lirik qəhrəmanın hər incə detala küsməsi də məhz sevgidən gəlir, çünkü insan ona doğma olanlarından küsür, çünkü insan ona yad olana naz eləyə bilməz…MƏLEYKƏ ALLAHVERDİYEVA,Qərbi kaspi unversiteti,Filologiya fakültəsi,4 kurs tələbəsi ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.