Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939)

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939) Abbasov Təhməz Alı oğlu 1937-ci ildə
Ulu Borçalımızın Bolnisi (Lüksenburq) rayonundakı
Dəllər (Muşevani) kəndində anadan olmuşdur.
Natamam və orta təhsilini Aşağı Güləver,
Ayorta və Arıxlı kəndində almışdır.

1959-cu ildə Marneuli rayonunda iki illik Pedoqoji Texnikumu,
1967-ci ildə Bakıda indiki Azərbaycan Dövlət Pedoqoji
Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirmişdir.

1959-cu ildən doğma kəndində Azərbaycan dili və
ədəbiyyatı müəllimimi və müdir kimi fəaliyyətə başlamış,
1964-cü ildə ibtidai məktəbi 8 illiyə çevirmiş və
direktor təyin olunmuşdur.

Bilavasitə onun təşəbbüsü və tələbkarlığı sayəsində
1975-ci ildə təzə üçmərtəbəli məktəb binası tikilib
istifadəyə verilmiş və orta məktəb açılmışdır.

O, kəndin ilk pedoqoji təhsilli müəllimi və müdiri olmuşdur.
1994-cü ilə qədər pedoqoji işdə çalışmış və kənddə ilk dəfə
“Əmək veteranı” adına layiq görülmüşdür.

Təhməz Abbasov bir sıra qəzetlərdə müxtəlif səpkili, çoxsaylı məqalələrin və “Ömür hədər getməyib” adlı kitabın müəllifidir.

Təhməz ABBASOV (1937) və Sürəyya xanım ABBASOVA (1939) Tbilisinin "Ustari" nəşriyyatında çox nəfis bir şəkildə
işıq üzü görmüş "Ömür hədər getməyib" adlı kitabda
müəllifin müxtəlif illərdə yazdığı və
mətbuat orqanlarında çap olunmyş məqalələri
və şerləri nəşr edilib.
Eyni zamanda müəllifi yaxşı tanıyanların xatirələri də burada özünə yer tapmışdır.
216 səhifəlik bu kitabın ideya verəni və ön sözün müəllifi görkəmli tərcüməçi-jurnalist Emin Elsevər (Mahmudov)dir.
Kitabın redaktorları şair-jurnalistlər Tapdıq Yolçu
Binnət Əlioğludur.


Təhməz müəllimin ömür-gün yoldaşı
Abbasova Sürəyya Nuru qızı

1939-cu ildə indiki Marneuli şəhərində doğulmuşdur.
Natamam orta təhsilini başa vurduqdan sonra
1954-cü il ildə Marneulidə fəaliyyət göstərən
Pedaqoji Texnikuma qəbul olunmuş,
1959-cu ildə oranı bitirmişdir.
Elə həmin il Bolnisi rayonunun Muşevan (Dəllər)
ibtidai məktəbinə müəllim təyin edilmişdi.
S.Abbasova (Əlləzova) Dəllər kəndinin
ilk qadın müəlliməsi olmuş,
qızların təhsilə cəlb olunması işində
çox böyük xidmət göstərmişdir.
Onun sayəsində qızlar müxtəlif ixtisaslara
sahib olmuş, orta ixtisas və ali təhsil almışdır.
Redoqoji işində vicdanla işlədiyinə görə
dəfələrlə tərifnamələr almışdır.
Fasiləsiz əməyinə görə “Əmək veteranı”
adına layiq görülmüşdür.
Təqaüdə çıxana qədər pedoqoji işdən ayrılmamışdır.
Fəal ictimaiyyətçi olduğuna görə dəfələrlə
Kənd Sovetliyinin deputatı olmuşdur.

Biz də çox hörmətli el ağsaqqalı Təhməz müəllimə
və Dəllər kəndində gənclərin, xüsusilə də qızların
təhsil almasında böyük əməyi olmuş hörmətli Sürəyya xanıma
uzun ömür, möhkəm cansağlığı, nəvə-nəticə xoşbəxtliyi
arzulayırıq!..

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: