RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998) Gürcüstan » Bolus 12 Nisan TARİYEL QƏRİBLİ (1946-1998)Tariyel Əhməd oğlu Qəribli - 1946-cı ildə qədim Borçalı mahalındakı Bolnisi qəsəbəsində (indiki Bolnisi şəhərində) anadan olmuşdur. Əslən Saraçlı kəndindəndir. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Uzun müddət orta məktəbdə müəllim işləmişdir.1964-cü ildən müntəzəm olaraq mətbuatda çıxış etməyə başlamışdır. Şeirləri «Gürcüstan», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Şərq qapısı», «Qələbə bayrağı» qəzetlərində, «Azərbaycan təbiəti» jurnalında, «Çeşmə» və «Dan ulduzu» ədəbi məcmuələrində dərc olunmuşdur. Şairin «Borc», «Koroğlu qayası», «Dərd» və s. şeirləri xüsusilə diqqətəlayiqdir. İki bənddən ibarət olan «Borc» şeirində bir-birini əvəz edən nəsillərin bir-birinə olan borc hissəsi çox yığcam şəkildə ümumiləşdirilmişdir. «Ata olmasan, ata qədrini bilməzsən» zərbi-məsəli bu şeirin epiqrafı ola bilər. Şeir gənc atanın körpə övladı haqqında səmimi düşüncəsidir:Anam nələr çəkib beşik başında,Atalıq qayğısı necə çətindir?Bunu körpə balam uşaq yaşında,Mənə yavaş-yavaş «öyrədir» indi.Bəzən yumruq düyüb ağlamağı var,Bəzən gülümsəyib açar ovcunu.Elə bil ki, deyir: «Tez mənə qaytar,Nənəmə, babama olan borcunu!».Görkəmli ədəbiyyatşünas-alim Əkrəm Cəfər «Çeşmə» məcmuəsində çap olunmuş şeirlər haqqında söhbət açarkən yazmışdır: «T.Qəribli «İnsanam» adlı şeirində insana həqiqətən düzgün qiymət verir».Arzu, dilək olmayanda,Sevən ürək olmayanda,Elə gərək olmayanda,Yaşamağın nə mənası?!- deyən şair - Tariyel Əhməd oğlu Qəribli, təəssüflər olsun ki, elimzə, obamıza gərəkli vaxtında, yaradıcılığının ən gözəl çiçəkləndiyi bir zamanda 1998-ci il iyunun 2-də qəflətən dünyasını dəyişmişdir...Allah rəhmət eləsin...Ruhu şad olsun!..Aşağıda onun bir neşə şeirini oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.Az(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.125-126.) Tariyel QƏRİBLİ SARAÇLISığınıb dağların yaşıl qoynuna, Yenə gülüstana döndü Saraçlı. Yayılıb sədası bütün cahana, Dillərdə söylənir indi, Saraçlı.Qədim adətidir qonağa hörmət, Yoldaşa sədaqət, dosta məhəbbət, Şadlıq bəxş eyləyib ona təbiət, Yarandığı gündən şəndi, Saraçlı.Bilirəm dünyada yaxşılıq itməz, Namərdin bağında tikan da bitməz, Ömründə heç kəsə xəyanət etməz, Xətadan, bəladan gendi, Saraçlı.Bu eldən güc alıb neçə sənətkar, Aşıq Hüseyni var, Əflatunu var, Hər yerdə tanınır Zahidlə, Yaşar, Elmdə, hünərdə öndü, Saraçlı.Bülbülə gülşəni, gülü şirindir, Övladları məğrur, dili şirindir, Hər kəsə öz yurdu eli şirindir, Tariyel Qəribliyə kəndi, Saraçlı. MƏNDemərəm bu yerə bəlkə gəlmədim,Ömürlük buralı olasıyam mən.Bu dağda, daşlarda qoyduğum işlə,Əbədi tarixdə qalasıyam mən.Sevdim bu yerlərin bahar, yazını,Duydum elimizin xoş avazını.Hüseynin, Əmrahın Telli sazını,«Misri» kökü üstə qalasıyam mən.Tariyel Qəribliyəm, söylə nə qəmimYığılsın başıma könül həmdəmim.Borçalı yurdumdur doğma məskənim,Doğma Saraçlının balasıyam mən.ANA QORXUSUGöydə gurultu salıb təyyrələr uçanda Diktor yad ölkələrdən Efirdə söz açanda Təlaş keçirib yaman Narahat olur anam Deyirəm ki anacan Nədəndir Söylə görək Səndə bu vahimələr Narahatlıq Həyacan O deyir kövrələrək Nə bilim ay bala mən Dilim ağzım qurusun Deyirəm yenə birdən Boşaldıb ürəyini söhbəti bitirmir o MÜHARİBƏ sözünü dəhşətli ən ağır acı bir kəlmə kimi Dilinə gətirmir o... HƏDSİZLİKElə yerindəyəm təbiətin mən Gözəllik içində itib batmışam Yapışıb buludun ətəklərindən Dağın zirvəsinə gedib çatmışamBuradan aydınca görünür hər yan Sağ tərəf meşədi sol tərəf dərə Aşagı baxıram sankin bir zaman Gül çiçəək yığıbdır çəmənliklərəGörürəm dərənin düzün həddi var Sığır bu ölçüyə həm meşə həm dağ Görürəm hər şeyin bir sərhəddi var Yoxdur gözəlliyin sərhədi ancaq... BU NƏ İŞDİ DƏDƏ QORQUDÖlçüb biçdin hər kəlməni Danıçanda havayı sən Ad qoymaqda yanılmadın Dördcə sözdən savayı sən Qaranlığa zülmət dedin işığa nur Seçdin sən öz vədəsində Yaxşı odur Yaman budur Adı kimi uca tutub MƏRD çağırdın ərənləri NAMƏRD deyə damğaladın ər oğluna yaraşmayan nahaq bir iş görənləri ulu kimi soy söylədin ulu kimi boy boyladın Nəyi gördün bu aləmdə Nə ad verdin Yaraşdırdın Tək dördünün adı ilə Mənasını qarışdırdın O zamanlar Sən cəmisi dördcə sözün adını düz deməmişdin DƏDƏ QORQUD Amma indi ...AĞI qara Qaranı ağ eyləyən var Düzə əyri əyriyə düz söyləyən var Bu nə işdi DƏDƏ QORQUD?... ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.