Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şəhər Günü) bayramı keçirilib

Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şəhər Günü) bayramı keçirilibBolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şəhər Günü) bayramı keçirilib 2017-ci il Oktyabrın 7-8-də Bolnisidə Şəhər Günü (Bolniskalakoba) adlı bayram tədbiri keçirilib.

ZiM.Az
saytının xüsusi müxbirinin məlumatına görə, Bolnisidə həmin gün almanların Bolnisiyə köçürülməsinin 200 illiyi qeyd olunub.

Bayram tədbiri Almaniyanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə şəhərin tarixi hissəsində yüksək səviyyədə baş tutub.

Tədbirdə Almaniyanın hərbi orkestri musiqi sədaları altında nə vaxtsa şəhərin Tifliser Ştrasse adlandırılan küçəsindən keçibllər. Sonra musiqiçilər məşhur marş və caz kompozisiyalar səsləndiribər.

Tədbirdə həmçinin Marneulidə fəaliyyət göstərən Çay Evi Mədəniyyət Mərkəzinin nəzdindəki xalça dərnəyinin üzvləri olan azərbaycanlı xalçaçılarının toxuduğu 35 Borçalı xalçası nümayiş etdirilib.

Bayram tədbirinə gələn qonaqlara gürcü və alman milli mətbəxinin yeməkləri təqdim edilib və tədbir iştirakçıları yerli şərab nümunələrindən dadıblar.

“Bolniskalakoba” (Bolnisi Şəhər Günü) bayramında müxtəlif teatr tamaşaları və sərgilər təşkil olunub, gürcü və alman musiqiləri dinlənilib. Qonaqlara həmçinin şəhərin tarixi haqqında məlumat verilib.

Tədbirdə Almaniya səfirliyi bayram çərçivəsində qeyd edib ki, Bolnisi şəhərində uşaq meydançası tikəcək.

Bayram çərçivəsində Bolnisidə bir neçə xatirə lövhəsi açılıb. Bayram çərçivəsində peşəkar aktyorlar şəhərin tarixindən bəhs edən “Yekaterinenfeld, lüksemburq, Bolnisi” adlanan tamaşa nümayiş etdiriblər.

“Bolniskalakoba 2017” bayramı oktyabrın 8-də başa çatıb. Tədbirdə Almaniyanın Gürcüstandakı səfiri və əməkdaşları və qonaqlar, Gürcüstan hökumətinin və Bolnisi rayonunun rəsmi rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Almaniyanın mərkəzi televiziyasının bir qrup əməkdaşı 2008-ci ildə Bolnisi rayonunda yerləşən Kazreti qəsəbəsində “Bəşəriyyətin ilk qızılı” adlı film çəkiblər.

Almanlar Bolnisiyə 1818-ci ildə köçürülüb və Cənubi Almaniyadan köçürülən 100 ailə tarixi Gürcüstan bölgəsində alman stilində daş evlər tikiblər. Onların saldıqları səkilərdən ibarət küçələr enli və düz olub. Almanlar belə küçələri Tifliser Ştrasse adlandırıblar. Almanlar tiktikləri indiki Bolnisi şəhərini Katarinenfeld adlandırıblar. Şəhərin adı Rusiya imperatoru I Aleksandrın bacısı Yekaterina Pavlovnanın şərəfinə adlandırılıb. O, Almaniyadakı Vürtemberq (Württemberg) kraliçası olub və alman kolonistləri bu ərazidən Qafqaza köçürülüblər. Gürcüstana köçürülən almanlar əməksevərlikləri ilə fərqləniblər. Tezliklə almanlar Bolnisidə kənd təsərrüfatını inkişaf etdirərək, keyfiyyətli məhsul yetişdiriblər. Onlar Katarinenfelddə bir neçə sortdan ibarət üzümlüklər salıblar. Daha sonra şərab zavodu tikiblər.

Xatırladaq ki, Cənubi Qafqaza gəlincə, ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrın 21-də çar I Aleksandrın dəvətiylə Qafqaza köçən Vürtemberq kəndçiləri Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Növbəti il ərzində Avropadan köçən almanlar daha 5 koloniya qurmuşdular: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, PetersdorfKatarinenfeld (indiki Bolnisi).

Məlumata görə, Katarinenfeld şəhərinin adı 1921-ci ildə dəyişdirilərək alman kommunisti Roza Lüksemburqun şərəfinə Lüksemburq adlandırılıb. 1943-cü ildə isə Lüksemburq adı Bolnisi adı ilə əvəz edilib.

Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri-rəsmi mədəni mərkəzi idi. 1906-1922-ci illərdə burada alman dilidə buraxılan "Kaukasische Post" qəzeti çap olunub. Bu qəzet Qafqazın yeganə alman ruznaməsi idi. 1918-ci ildə Gürcüstanda alman kəndlərin sayı 20-dən yuxarı idi. 1941-ci ildə Sovet hakimiyyəti buradan 20.423 nəfər etnik almanları sürgün edib.

Nizami MƏMMƏDZADƏ,
ZiM.Az-ın Gürcüstan Bürosunun rəhbəri,


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: