Bolnisidə seçkidən sonra təmizlik işləri həyata keçirilir

Bolnisidə seçkidən sonra təmizlik işləri həyata keçirilir Gürcüstanın Bolnisi rayonunda 21 oktyabr yerli özünü idarəetmə orqanlarına seçkilər zamanı təbliğat və təşviqat üçün istifadə olunan plakatlar vurulan yerlərdə təmizlik işləri görülməyə başlanılıb.

ZİM.az-ın Gürcüstandakı xüsusi müxbiri
nin məlumatına görə, şəhər meri vəzifəsinə, rayon bələdiyyəsi üzvlüyünə namizədlərin plakatlarının sökülməsi üçün iməcilik elan olunub. Məlumata görə, tədbirdə yeni seçilən Bolnisi şəhər meri David ŞerazadişviliGürcüstan parlamentinin deputatı Qoqi Meşveliani təbliğat materiallarını sökmək üçün təşkil edilən tədbirə qatılıblar.

“Fürsətdən istifadə edərək, mənə etibar etdiklərinə görə, təşəkkürümü bildirirəm. Bu gün biz qanuna görə seçki başa çatdıqdan sonra şəhərdə təmizlik işlərinə başlamışıq. Təmizlik işləri davam edəcək və biz bu işi sona çatdıracağıq,”- Bolnisi şəhər meri David Şerazadişvili bildirib.

“Əlbətdə biz seçki zamanı istifadə olunan bütün plakat və şəkilləri bir günə təmizləyə bilməyəcəyik. Amma, şəhərdə təmizlik yaratmağa nail olcağıq. Bu, həmişə belə olacaq,” - Qoqi Meşveliani vurğulayıb.

Nizami MƏMMƏDZADƏ,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: