Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Hüquqşünas BƏHMƏN NAZIYEV (1956) Bəhmən İlyas oğlu Nazıyev - 11.08.1956-cı ildə
qədim Borçalı mahalında, indiki Gürcüstanın
Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur.
1963-cü ildə SARAÇLI kənd orta məktəbinin 1-ci sinfinə getmiş,
1973-cü ildə həmin məktəbi bitirmişdir.
1973-cü ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində müsabiqədən keçməmişdir.
Bir il Sumqayıt şəhərində Sintetik Kauçuk Zavodunda fəhlə işləmiş və 1974-cü ildə BDU-nun jurnalistika fakültəsinə qəbul imtahanları vermiş, lakin müsabiqədən yenə keçməmişdir.
1974-1976-cı illərdə əsgəri xidmətdə olmuşdur.
Hərbidən tərxis olunduqdan sonra üç il (1976-1979) Sumqayıt Kimya zavodunda fəhlə işləmişdir.
1979-cu ildə BDU-nun hüquq fakültəsinə daxil olmuş
və 1985-ci ildə həmin fakültəni başa vurmuşdur.
1986-cı ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır.
1986-1990-cı illərdə Bakı nəqliyyat prokurorluğunda köməkçi vəzifəsini icra etmişdir.
Respublika prokurorluğunun sərəncamı əsasında iki il (1990-1992) Ağdam rayon prokurorluğunda prokurorun köməkçisi işləmişdir.
1992-1995-ci illərdə Masallı rayon prokurorunun köməkçisi işləmişdir.
Bəhmən Nazıyev bir müddət Nizami rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhəri prokurorluğunda "Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət" şö’bəsinin rəis əvəzi və həmin şö’bənin prokuroru vəzifələrində işləmişdir.
1997-ci ilin avqustundan Xətai rayon prokurorluğunda baş müstəntiq, daha sonra isə Xətai rayon prokurorunun köməkçisi vəzifəsini icra etmişdir.
Bəhmən Nazıyevin elmi fəaliyyəti 12 elmi əsərdə və "Kriminallaşdırmanın nəzəri problemləri" (1998) kitabında öz əksini tapmışdır.

Bəhmən Nazıyev əmək fəaliyyəti ilə yanaşı elmi işlə də məşqul olmuşdur.
1996-2000-ci illərdə BDU-nun hüquq fakültəsinin kriminallaşdırmanın nəzəri problemləri kafedrasının dissertantı olmuş və 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.
O, hazırda də elmi fəaliyyətini davam etdirir.
Doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Bəhmən Nazıyev həm də saz-söz vurğunudur, gözəl şeirlər müəllifidir.

Biz də Bəhman müəllimə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyartında, əmək fəaliyyətində,
eləcə də, elmi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda
onun bir neşə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


ZiM.Az



Hüquqşünas BƏHMƏN NAZIYEV (1956) SARAÇLI
I
Gözlərim yollarda, qulağım səsdə,
Daim şad xəbərin gələ SARAÇLI!
Borçalıya vüqar sənsən, tac sənsən,
Övladlar qədrini bilə, SARAÇLI!

Bəxş etdin aləmə bir gör kimləri:
Zahid Xəlilovu, həm Hüseynləri,
Adları dolaşıb gəzir elləri,
Nəsib, Nəbi düşüb dilə, SARAÇLI!

Elimin vicdanıdı, elimin sultanı,
Yayılıb cahana şöhrəti - şanı,
Yaşar Nazıyevi, tək Abdullanı,
Tanrı yaşadacaq hələ, SARAÇLI!

Yalanla, riyayla olmayıb aram,
Borcumdu həmişə düzünü yazam,
Əflatun, Nizami, Tofiq, İntizam,
Sənəti alıblar ələ, SARAÇLI!

Bəhmən İlyas - sənə sadiq övladın,
Qüdrətdən ömrümə bir pay caladın,
Qurbanın mən olum, yaşasın adın,
Qismətin üzünə gülə, SARAÇLI!

SARAÇLI
II
Çox şükür Allaha sən yerindəsən,
Bütün varlığıma dayaq SARAÇLI.
Bircə gün xəbərin mənə çatmasa,
Qoymaram o yurda ayaq SARAÇLI.

Səni düşünürəm, hey səni inan,
Ahıma, naləmə kimdi inanan?!
Özü - öz oduna qovrulan, yanan...
Bu fəryada bir son qoyaq SARAÇLI.

Əl - ələ tutuşaq gəzək hər yanı,
Eşqə düşək, yenə coşduraq qanı.
Unudulub yaddan çıxmayan anı,
Gəl bütün dünyaya yayaq SARAÇLI.

Gəlin bilək bu torpağın qədrini,
Əzizləyək, uca tutaq xətrini,
Çəmənin, çiçəyin, gülün ətrini,
Doyunca qoxlayıb, duyaq SARAÇL.

Daim səni diqqətində saxlayan,
Ürəyini - ürəyinə bağlayan,
Oğul təki səni anan, yoxlayan,
Bəhməni də sirdaş sayaq, SARAÇLI.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: