Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir

Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir 20 Yanvar faciəsi qurbanlarının
əziz xatirəsi
Gürcüstanda, azərbaycanlıların
yığcam yaşadıqları
Bolnisi rayonunun
Faxralı kəndində də
ehtiramla yad olunub.

Faciə nəticəsində
şəhid olmuş
Faxralı kənd sakini
İlqar Əhmədovun
məzarı önündə
anma mərasimi
keçirilib.


Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Faxralı kənd Asif Əliyev adına 1 nömrəli orta məktəbin direktoru Cümşüd Gülməmmədov
şəhid İlqar Əhmədov
la bağlı xatirələrini danışıb.
Deyib ki, İlqar məktəbdə oxuduğu illərdə də Vətənə, xalqa məhəbbəti ilə seçilirdi.
Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində - zim.az) oxuyarkən tələbə dərnəyinin fəal üzvlərindən olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə digər vətənpərvər oğlu və qızlar kimi, ön sıralarda dayanıb. Onun qəhrəmanlığı digər gənclər üçün də örnəkdir. Bütün rayon əhalisi onunla fəxr edir.

Səfirliyin birinci katibi Vüsal Məmmədov 20 Yanvar faciəsinin səbəbləri, xalqımızın azadlıq mücadiləsi və nəticələri barədə məlumat verib. Qanlı yanvar faciəsinə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini xatırladıb.

Mərasimdə məktəbin müəllimləri Fatimə Əliyeva, Səyyad Allahverdiyev və başqaları çıxış ediblər. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Sonra şəhid İlqar Əhmədovun ata evində ehsan süfrəsi açılıb.
Şəhidlərin ruhuna dualar oxunub.

Səfilik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.

Şəhidin yaxınları, kənd ağsaqqalları ilə keçirilən görüşdə səfirliyin məsul işçisi İlyas Məmmədov onların problemləri ilə maraqlanıb, Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrdə, eləcə də Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib.

Kənd ağsaqqalları bu diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri,
Bolnisi, 20 yanvar, 2016.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: