Dilsuz Musayev: SARACLI Gürcüstan » Bolus 31 Ocak SARACLİ KƏNDİ HAQQINDA ŞERLƏRQoynunda boy atdım bir övlad kimi, Solmayan baharım,yazım Saraclı! "Göllücə” meşəsi,”Gözəldərə”si "Koroğlu qayası”izim Saraclı!"Nəsibin yurdu”nu bir vaxt dolaşdim, "Ağalıq bağı”nda süfrə də açdım, "Şiş Güney”dən keçdim,”Gəzdək”dən aşdım, Dünyaya açilan gözüm Saraclı!Saz dünyanda Hüseyn əmi birinci, Əflatun da söz mülkində bir inci, Qəlbimin fərəhi, nuru, sevinci, Şirin nəğmələrim, sazım Saraclı!Elmin ziyasından dünya nurlanar, Səni övladların məbədgah sanar, Zahid,Abdullatək alimlərin var, Uca zirvələrdə sözüm Saraclı!Demə övladlarım səndən uzaqdı, İlqarlar yolunda yanan çıraqdı, Həmişə, hər yerdə elə dayaqdı, Bax, bu məhəbbətdən yazım, Saraclı!Əzizdir hər qarış torpağın,daşın, Qədimdir ellərin, qədimdir yaşın, Çoxdur ər oğulun,igid sirdaşın, Bükülməz biləyim, dizim Saraclı!İndi göylərində səksəkə, duman, Adını dandılar, dəyişdi dövran, Könüllər pərişan, qəlblər nagüman, Tanrı sənə versin dözüm, Saraçlı!Dilsuzam, lütfünü haqdan dilərəm, Sənlə ağlayaram, sənlə gülərəm, Sorsanız hardanam, hansı eldənəm – Yurdum Borçalıdı, özüm Saraçlı!VƏTƏNTarixin qədimdir kainat qədər, Nəğməni ozanlar yazıbdı,Vətən! Babəklər yadların,şərin qəbrini Qeyrət qılıncıyla qazıbdı,Vətən!Dilini dandılar,bəli,bir zaman, Dilin öz evinde yasaq edildi. İstiqlal yolunda ne qeder insan Qanlı zindanlarda dustaq edildi.Seni yağmaladı yağı əlleri, Başın çox qovğalar çəkəsi oldu. İkiyə bölündün,o vaxtdan bəri "Gülüstan”tarixin ləkəsi oldu.Nə qədər bəlalar çəksə də başin Fəqət sarsılmadı vüqarın sənin Müqəddəs andımdır torpağin,daşın, Gül açdı hər yanda baharın sənin.Bir de,nəyim var ki,bu yer üzündə, Çağlayan eşqimdi buz bulaqların. Gülər arzularım al gündüzündə, Al-əlvan xalımdı göy yaylaqların.Ən uca dağların tacısan,Vətən! Hamar olmayıbdır heç də yolların. Bizlərə anasan bacısan,Vətən! Çəkər keşiyini mərd oğulların.QIZLAREşqiniz olmasın axar su kimi, Hər dürlü kəlməni sevgi sanmayın. Yaşayın,ən şirin bir arzu kimi Məhəbbət oduna vaxtiz yanmayın.Ağıldan güc alsın ürəkləriniz, Könül dünyanıza nur səpələnsin. Həyat yollarında büdrəməyin siz, Sevginiz çiçəyə,gülə bələnsin.Büllur saflıgı var hər təmiz adda, Sevgi səmanızı duman almasın, Bir Məcnun eşqiylə yaşamasanız da O Leyli taleyi sizin olmasın.Bir zərif çiçəksiz şaxta döyməsin, Qəmli görünsəniz qəlbiniz sizlar. Zaman qəddinizi vaxtsız əyməsin, Sevgi, məhəbbətlə ucalın qızlar! Sevgi, məhəbbətlə qocalın qızlar!ADSIZ ŞEİRAdını vermədim qızıma sənin, Adın ürəyimin parasındadır Köksümə sığınıb gülümsər əksin, Gözüm gözlərinin qarasındadır.Səhəngin yenə də bulaq başında, Həmin görkəmində,həmin yaşında, Bax belə qalmısan sən yaddaşımda, Xatirən qəlbimin yarasındadır.Bələndim yenə də çiçək ətrinə, Yasəmən ətrinə,mixək ətrinə, Bildim gözəlliyin bildim ətri nə? Yerin qollarımın arasındadır.Keçdin qənşərimdən gülə-gülə sən, Nazlandın qarşımda bilə-bilə sən, Əritdin ömrümü gilə-gilə sən, Bu sevgi dünyanın harasındadır?Yaşa, Dünya!Göylərimdə ağ buludlar azalıb, Ömrümüzün yanan şamı sozalıb. Dünənimdən bu günümə nə qaldı? Daha gəlməz o yerlərdən sorağım, İndən belə xatirələr qonağım.Deyən bir vaxt "alov”muşam,”od”muşam, O günləri sapand edib atmışam, Demirəm ki,hər arzuma çatmışam, Hanı məni məndən alan günlərim? O doqqazda qelbi talan günlərim?Bir sevdanın ocağında köz oldum, Bir gözələ gözmuncuğu,göz oldum, Neyləyim ki,ağızlara söz oldum, Söylə, anam, bu nə söz-sov,nə qeybət? O balaca Dilsuz hanı,bir oyat...Dünənimdə yarpaq-yarpaq xəzəlim, Sabahımı nə gözləyir,nə bilim, Gündogandan günbatana mənzilim. Bu həyatdır yoxuşunda enişi, Əzəl gündən belə olub gərdişi.Demirəm ki,ötənləri unudaq, Qoy kök üstə pöhrələnsin hər budaq. Kökümüzü,soyumuzu yaşadaq. Tanrı özü qoy bizlərə yar olsun. Yaşa,dünya,ağ günlərin var olsun! LALƏDağ döşündən lalə dərdim, Artdı qəmim,artdı dərdim. Niyə səni üzüb dərdim, Gözüm yaşla doldu,lalə!Deyiləm mən sənə yağı, Kim çəkib sinənə dağı, Nakam eşqin söylər ağı, Bağrın başı xaldı,lalə!Necə qıydım gözəlliyə, Yaşayaydın gərək hələ, Bacımın da adı Lalə, Günah mənə qaldı,lalə!Dedim bəlkə dilək oldu, Bir sevdaya gərək oldu, Niyə belə kövrək oldu, Əlimdəcə soldu lalə.Təbiətin zərif qızı, Ləçəkləri al-qırmızı, Bağışlasın Tanrı bizi, Neylim,olan oldu,lalə...(Dilsuz Musayevin şeirlərini təqdim etdi: SARAÇLI RENAR EMİNOV.30.06.2013). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.