Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb Mədəniyyət, Tiflis, Bolus, "Region-Press" 30 Haziran İyunun 16-da Tbilisidəki Parlament Kitabxanasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin(AMM) təşəbbüsü və təşkilatçılığı ilə hənyerlimiz rəssam Hacı Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı rəsm əsərlərindən ibarət sərgisinin açılışı olub. Tədbirdə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin şeyxi Hacı Ramin İgidov, Gürcüstanın Qaçqınlar və Məskunlaşma məsələləriüzrə naziri Sozar Subari, TürkiyəninGürcüstandakı səfiri Ləvənd Gümrükçü,AMM-in rəhbəri Fazil Həsənov, Fransadan gələn rəssam Levan Moisaşvilivə başqaları çıxış edərək rəssamın əsərlərindəİslam mədəniyyətinin saflığı,möhtəşəmliyi və müasirliyinin, həqiqət və irfan yolunun əks olunduğunubildiriblər.Fransadan gələn rəssam Levan Moisaşvili çıxışında gənc rəssamınəsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağahazıram”, – Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ZazaVaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçürəssamın bir neçə əsərini alacaqlarını bildiriblər.Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”.Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və yaxınlarına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə edib.Qonaqlara Hacı Rizvan İsmayılovun bir neçə gün bundan əvvəl işıq üzü görmüş rəsmə əsərlərindən ibarət kataloq hədiyyə olunub.Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi iki gün davam edib.Tədbirdə diplomatik korpus nümayəndələri, ziyalılar, din xadimləri, Tbilisi sakinləri və gənclər iştirak ediblər.N.MƏMMƏDZADƏ. Rəssamın albomkataloquişıq üzü gördüTanınmış rəssam Rizvan İsmayılovunəsərlərinin sərgisiərəfəsində “Rəssam rənglərləşeir yazan bəstəkardır” adlıalbom-kataloqu Tbilisidənəşr edilmişdir. Marneulidəki"Azərbaycanlıların MədəniyyətMərkəzinin kitabxanası"seriyasından üç dildə –Azərbaycan, gürcü və ingilisdillərində buraxılmış bu maraqlınəşrə rəssamın 100 ədəd rəsməsəri daxil edilmişdir.Albomkataloq müəllifin“Yaradıcılıqda əsas hədəflərim”adlı ön sözü ilə açılır.Nəşrin redaktoru Binnət Əlioğlu, tərtibatçı-dizayneri Əkrəm Qəhrəmanovdur.“Region-Press”, 30.06.2015, səh. 7. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.