Borçalı elinin İslamı getdi...

 Borçalı elinin İslamı getdi... Mən onu 1993-cü ildən tanıyıram, o vaxtlar İslam müəllim “Gürcüstan” qəzetinin redaktor müavini vəzifəsində işləyirdi, onunla çox yaxşı münasibətimiz var idi. O, vaxtlar Qazaxlı şair Qara Qafqazlının bir poeması haqqında “Sovet Gürcüstanı” qəzetinin redaksiyasına tənqidi bir məqalə yazmışdım. İslam müəllim məni Qasımlıdan qəzetin redaksiyasına çağırdı. Xeyli söhbət elədik. Mən o gündən İslam müəllimi yaxından tanıdım. Onun necə saf qəlbli bir ziyalı olduğunu ilk görüşdən duydum, hiss elədim. Söhbətimiz uzun çəkdi, mənə xeyli məsləhətlər verdi. Jurnalistkanın qayda qanunları haqqında ətraflı söhbət apardıq. O gündən mənim önümdə geniş bir yol açıldı. Mən onu özümə jurnalist üzrə böyük bir müəllim hesab edirdim. Bu görüşdən sona İslam müəllim şeirlərimi və publisist yazılarımı qəzetdə çap etməyə başladı. O, çox mülayım duyğulu saf qəlbli bir insan idi. Mənə görə o, insan ləyaqətinin ən yüksək zirvəsində dururdu.
Eşidəndə ki, o qəfidən fəfat edib mən inanmadım. İslam müəllim mənim üçün ölməyib. O, həmişə mənim xəyalımda sağdır, özü də “Gürcüstan” qəzetini redaktorudur. Neçə ki, mən sağam o mənim xəyalımda yaşayacaq...

Islam müəllim Marneulidə mənim kitablarımın təqdimat mərasimlərində dəfələrlə iştirak edib kitablarım haqda öz dəyərli fikirlərini oxucularla bölüşüb və tövsüyələrini müəllifə bildirirdi. Bu anlardan sonra münasibətimiz səmimi və yaxın dostluğa çevrildi. Dəfələrlə mənim şeirlərimi və publisist yazılarımı çap edirdi. Mən ömrüm boyu İslam müəllimə minnətdaram...
Təssüflər olsun ki, İslam müəllim həyatdan çox erkən getdi, 73 il nədir ki. Bir 73 il də yaşaya bilsəydi gözəl arzularını qismən də olsa həyata keçirə bilərdi. Allah ona verdiyi ömürdən yarımadı. Belə gözəl ləyaqətli, xeyriyyəçi, xeyirxah ziyalı insan üçün 73 il azdır, həddən artıq çox azdır. Deyirlər ki, ləyaqəti, mənəviyyatı böyük olan insanlar heç vaxt unudulmur. Buna söz yox, lakin bundan belə İslam müəllimi görə bilməyəcəyik, onun gözəl , dərin mənalı söhbətlərini eşitməyəcəyik, daha o qocalmayacaq, 73 yaşında onu necə görmüşük, biz həyatdan köçənə kimi xəyalımızda eləcə qalacaq. Onun qocalığını, heç vaxt 80, 90, 100 yaşını görə bilməyəcəyik, müdrik kəlamlarını eşitməyəcəyik. Çünki qara torpaqda İslam müəllim həmişə 73 yaşında qalacaq...

İslam müəllim keçən ili oğluna böyük toy mərasimi keçirdi. Bu toy məclisində onun böyük kollektivi, dostları, yaxınları məmləkətimizin məsul işçiləri iştirak edirdi. Çox təm-taraqlı bir məcli keçdi. Onda İslam müəllim özünü, dünyanın ən bəxtəvər, xoşbəxt insanı sayırdı. Ağlına belə gəlmirdi gələn ilin bu vaxtı o həyatda olmayacaq və həyata gələn oğul nəvəsini heç vaxt görməyəcək. Budur ömüründən yarımamaq. Yarımçıq tale buna deyirlər...
Amansız xəstəlik ömrün üstünü elə vaxtı kəsir ki, həyatdan, dünyadan doymayan insanı öz qurbanı edir. Ancaq sən dediyini de...
Şair demişkən:
Hər işə insafla biz olsaq nail,
Insafsız olanlar tez olar zail,
Bir gün gələr o amansıa əzrayil
Əlimizi sıxandadır tamaşa.

Səyavuş UYĞUN
Yaxın dostu



GETDİ

Borçalının ziyalı oğlu, gözəl insan, “Gürcüstan” qəzetinin
redaktoru İslam Əliyevin qəfil ölümü münasibətiylə


Ziyalı oğluydu Borçalımızın,
Təbii istedadı, ilhamı getdi.
Parladı gün kimi, doğdu ay kimi
Günün al səhəri, axşam getdi.

Haradan güc gəldi bu qara külək,
Əsdi bir ürəkdən qasırğalar tək,
Yaşamaq istədi, söndü bir ürək,
Qayğılı anların əyyamı getdi.

Dibi görünmədi dərin quyunun,
Ömrü çox uzandı qara yuxunun,
İçə bilmədiyi zəm-zəm suyunun,
Yarımçıq qaldığı o camı getdi.

Sevdi ilk gündən “Cürcüstan”ını,
Bu yola bağladı şah sultanını,
Yaşaya bilmədi ömür anını,
Dediyi ən gözəl kəlamı getdi.

Verdi öz ömrünü bir çıraq kimi,
Bağlandı qəzetə bir növraq kimi,
Axdı çaylar kimi, uçdu dağ kimi,
Bir parlaq insanın salamı getdi.

Ona qanad verən arzular idi,
Ürəyi gül kimi bir bahar idi,
Nə qədər qəlbində arzu var idi,
Həm arzu-diləyi, həm kamı getdi.

Zəkdiyi zəhmətlər getmədi hədər,
Elinə, yurduna çox verdi bəhər,
Sevdi “Gürcüstan”ı həyatı qədər,
Qəzetə nur verən gur şamı getdi.

Uçanda göylərdə durna qatarı,
Soyuq qışa döndü güllü baharı
Seyrəldi dostların gur sıraları
Düzülmüş dəstənin nizami getdi.

Oldu bəd nəzəri iti gözlərin
Çəkdi qayğısını neçə yüzlərin,
Şirin söhbətlərin şirin sözlərin,
Gözəl məclisinin dad-tamı getdi.

Oldu hər bir zaman, haqqın tərəfi,
Ucaldı gün-gündən şanı-şərəfi,
Nizamı dəstənin pozuldu səfi,
Borçalı elinin İslamı getdi.

Səyavuş UYĞUN
Azərbaycan Yazıçılar Birliyinin üzvü

22 dekabr 2019-cu il


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: