Ülkər GİDNER: Atamdan dərs aldım, Anamdan öyüd.. Poeziya, Müsabiqə, Amerika 18 Kasım AzərbaycanımYad eldə yaniram bir çıraq kimi,Torpağına qurban Azərbaycanım!.Göz yaşım qurusa qalmasa izi,Qanımla yazaram Azərbaycanım!Bu sonsuz dünyada sınaqlardasan,Bəlalı yerin var, alovlardasan.Qartalsan, zirvədə yuvalardasan,Günəşə boy atan Azərbaycanım!Qürbət bahar olsa, sənə tay olmaz,Yad dildən səsimə, gələn hay olmaz.Min nübar gətirsə biri pay olmazCənnətdir hər guşən Azərbaycanım!Qürbətdə ürəyin açmadl, keçdiMəhəbbət tükənməyən bir qaynar bulaq,Deyin:-O sudan kim içmədi, keçdi?Kim eşqin oduna alışmayaraq,Bir gözəl közünü seçmədi, keçdi.Kim deyər sevgisiz yaşamışam mən,Şam kimi içimdən yanmamışam mən.Gözümdən qanlı yaş tökməmişəm mən,Gecələr yuxusu qaçmadı, keçdi.Həyatda xoşbəxtlik tapmaqçün Ülkər, Talehin üzünə gülməkçün Ülkər.Səadət payından doymaqçün Ülkər,Qürbət də ürəyin açmadı, keçdi.Sən hardan biləsən gözləmək nədirKaş mənim sevgimə inanaydın sən,Bilərdin eşqindən dönməmək nədir,Alışıb yanmağı bacaraydın sən,Bilərdin köz qoyub, sönməmək nədir.Sürdüyün həyatın mənasın anla,Yol gedən yorulmaz, getsə aramla.Sənə olan sevgimi duysan inamla,Ürəkdən bilərsən, sevilmək nədir.Ümüdüm pənahım sən bilib, sandım,İpəkdən parça tək sənə sarıldım.Bu eşqdən usanıb, mən utanmadım,Sən hardan biləsən gözləmək nədir.Atamdan dərs aldım, Anamdan öyüdAnam dünyamdı, Atam torpağım,Ey dünya üstündə yüküm var mənim.Anam nəfəsimdir, Atam ocağım,Onlarsız nə günüm, ayım var mənim.Bəxtimin yasını çəkən ürəyim,Atamin oduydu, yaşatdı məni.Anamin nəfəsin uddu ciyərim,Qorxunc yuxulardan oyatdı məni. Baxışlar üzümə baxmasın belə,Zəhmətlə nazın çək, bir fidan böyüd.Qara saçlarıma dən səpilsədə,Atamdan dərs aldım, Anamdan öyüd.AnacanHəsrətlə axtardı səni gözlərim,Yanımda görmədim səni, Anacan,O gözəl gülüşün gözəl gözlərin,Dünyanı yaşatdı mənə, Anacan.Torpaqdan alacam bu gün iyini,Gözümün yaşını görmə Anacan.Allahdan istərəm səni görməyi,Həsrətdir gözlərin, mənə Anacan.Allahın rəhməti yanında olsun,Edirəm dualar sənə, Anacan.Cənnətin bağları qoy sənin olsun,Cənnətdir qucağın, mənə Anacan.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.